Saatlıda soyğunçuluq edən şəxs saxlanılıb
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də gecə saatlarında rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birinə qanunsuz daxil olaraq oradan soyğunçuluq yolu ilə 1500 manat dəyərində qızıl-zinət əşyaları, 2 150 manat pul və bank kartları ələ keçirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də məhkum olunmuş və sonuncu dəfə törətdiyi oğurluq əməlinə görə axtarışda olan Vüsal Vəliyev saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Dindirilmə zamanı V.Vəliyev törətdiyi oğurluq faktını etiraf edib.
Şöbə əməkdaşları tərəfindən sonuncunun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun törətdiyi daha bir analoji cinayət əməlinin üstü də açılıb. Belə ki, V.Vəliyevin sentyabr ayının əvvəlində Saatlı rayonu ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 4 800 manatdan artıq olan qızıl-zinət əşyaları, bəzək və telefon aksesuarları, eləcə də 110 manat pul oğurlayaraq zərərçəkmişə maddi ziyan vurduğu da məlum olub.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"