Sabah bəzi ərazilərində qaz kəsiləcək
Sabah Yardımlı və Masallı rayonunun bəzi ərazilərində qaz kəsiləcək.
"Report"un Muğan bürosunun məlumatına görə, Yardımlı rayonu ərazisində "Ordahal-Yardımlı" yüksək təzyiqli magistral qaz kəmərində yaranmış qaz sızmalarının ləğv edilməsi ilə bağlı sabah saat 10:00-dan işlər başa çatanadək Yardımlı şəhəri və rayonun 15 kəndi olmaqla, ümumilikdə 3500 abonentin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulub.
Həmçinin Masallı rayonu ərazisində yerləşən, "Masallı" qaz paylayıcı stansiyada qaztənzimləyicinin quraşdırılması üçün, Masallı şəhəri, Seybətin, Səmidxan-2, Ərkivan qəsəbəsi, Öncəqala, Hüseyinhacılı, Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçüvar, Təzəkənd, Qəriblər, İsilər, Ninəlov, Məmmədrzaküçə, Qızılavar , Kolatan kəndləri olmaqla 17000 əhali abonentin və 225 sənaye obyektinin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi