Sabah bu ərazilərdə qaz olmayacaq
"Azəriqaz" İB Şəmkir, paytaxtın Sabunçu və Xətai rayon sakinlərinə müraciət edib.
İB-dən bildirilib ki, sentyabrın 21-i saat 09:30-dan payız-qış mövsümünə hazırlıqla əlaqədar "Yeni Binə 3 xətt" ölçü qovşağından Binə qəsəbəsinə gedən qaz kəmərinin kipliyə sınaq olunması, saat 10:00-dan "Zəyəm" ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində cari təmir-bərpa işləri və "Keşlə" QPS-dən qidalanan "Şüşə" ortatəzyiqli qaz kəməri üzərində quraşdırılmış siyirtmənin əvəz olunması məqsədilə adıçəkilən ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri aparılan müddətdə Xəzər rayonunun Binə qəsəbəsinin Südçülük sovxozu adlanan ərazinin, Xətai rayonunun Ağ şəhər yaşayış massivinin, Xocalı prospektinin və M.Mehdizadə, S.Orucov, N.Rəfiyev, N.Əliyev küçələrinin, eləcə də Şəmkir rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"