Sabahın havası: 13 dərəcə isti olacaq
Sabahın havası: 13 dərəcə isti olacaq
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 27-də gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-13, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.
Azərbaycanın rayonlarında noyabrın 27-də hava yağmursuz keçəcək, lakin axşam saatlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb