Sabiq deputatdan qalmaqallı açıqlama: "Müəllim uşağı onun xeyrinə görə vurur"

Sabiq deputatdan qalmaqallı açıqlama: Son zamanlar məktəblərdə müəllimlərlə bağlı yayılan videolar hər kəsi narahat edir. Eyni zamanda, bir çoxlarını da düşündürür. Niyə yaxın illərdə yox, məhz son aylarda bu kimi videogörüntülər geniş yayılır? Bəzi müəllimlərin ifadələrinə görə, bu kimi videolar çox vaxt bilərəkdən hazırlanır və çəkilir.
Sabiq deputat, təhsil eksperti Şahlar Əsgərov Modern.az-a açıqlamasında bildirib ki, son illər məktəbdə müəllimlərlə bağlı yayılan videogörüntülər məktəbi, müəllimi hörmətdən salmaq və təhsilin cəmiyyətdə aparıcı roluna kölgə salmaq niyyəti daşıyır.
Onun sözlərinə görə, əks halda məktəbə, təhsilə, müəllimə qarşı bu cür açıq-aşkar təzyiq olmazdı:
"Məktəb cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə olan problemlər məktəbdə də var. Bizim məktəbimiz cəmiyyətimizə uyğundur. Amma cəmiyyətin narkomaniya, zərərli vərdişlər, vicdansızlıq kimi problemləri kənarda qaldığı halda, hamı məktəbin üzərinə düşür. Mən buna etirazımı bildirirəm".
Ekspert qeyd edib ki, qüdrətli Azərbaycan görünür çoxlarında qıcıq yaradıb:
"Çalışırlar ki, Azərbaycan döyən yox, döyülən olsun. Bir az dərinə getsək, Azərbaycanda gedən prosesləri azərbaycanlılar yox, 3-cü, xarici əllər idarə etməyə çalışırlar. Güman edirəm ki, evdə, ailədə olan bəzi nöqsanları qonşudan gizlətdiyimiz kimi, məktəblərdəki hər qüsuru da cəmiyyətə çıxartmalı deyilik".
Ş.Əsgərov şərəfli qələbədən, zəfərdən sonra belə hücumlara hər sahədə rast gəlinəcəyini söyləyib:
"Cəmiyyəti durultmağa yox, cürütməyə tərəf sürükləyən tərəflər hər sahədə aktivləşəcək. Məktəbə, müəllimə qarşı bu cür hörmətsizlik yaramaz. Müəllim əgər uşağı vurursa, bunu öz xeyrinə edir? Öz övladının sifarişi ilə vurur, ya uşağın anasından qisas alır? Əlbəttə, yox. Uşağın xeyrinə vurur. Bu, tənbehdir və uşağın xeyrinədir. Tənbehdən sonra adətən nə olur? İnsan düz yola qayıdır. Amma indi deyirlər ki, uşaq tənbeh olunmasın və düz yola qayıtmasın".

Sosial       Tarix: 15 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberlər sonxeberler hava haqqinda apa.az xeberler