Sabiq məktəb direktoru saxlanıldı - Ölümə səbəb olub, pul mənimsəyib

Sabiq məktəb direktoru saxlanıldı - Ölümə səbəb olub, pul mənimsəyibGədəbəy rayonu, Çobankənd kənd orta məktəbinin sabiq direktoru Sahib Babayevin qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Gədəbəy rayon prokurorluğunda araşdırma aparılıb.
Gədəbəy rayon prokurorluğundan Open.az-a bildirilib ki, araşdırmalarla Sahib Babayevin 2017-2019-cu illər ərzində direktor işlədiyi məktəbin normal cari fəaliyyətinin təşkili və ona nəzarətin təmin olunması, fənlərə ayrılan saatların tədrisinə nəzarət, məktəbin fəaliyyəti ilə bağlı qərarların qəbul olunmasına bilavasitə rəhbərlik etmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və bir sıra müəllimlər üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, etibar edilmiş xeyli miqdarda özgə əmlakını talamaq üçün faktiki olaraq tədris edilməmiş məşğələ saatlarını ayrı-ayrı müəllimlərin adlarına tarifləşdirərək onların əməkhaqqı kartlarına köçürülmüş ümumilikdə 12 min 445 manat məbləğində pulu mənimsəməsinə əsaslı şübhələr müəyyənləşib.
Həmçinin, Sahib Babayevin 17 iyul 2019-cu il tarixdə etibarnamə əsasında idarə etdiyi avtomobillə Gədəbəy-Novo Saratovka avtomobil yolu ilə Gədəbəy şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində əks tərəfdə hərəkətdə olan Nəriman Quliyevin idarə etdiyi avtomobilin hərəkət yoluna çıxmaqla toqquşması və nəticədə sürücü Nəriman Quliyevin ehtiyatsızlıqdan ölümünə səbəb olmasına şübhələr üçün əsaslar müəyyənləşib.
Qeyd edilən faktlarla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq istintaq olunub.
Toplanmış sübutlara əsasən Sahib Babayevə Cinayət Məcəlləsinin həmin maddələri ilə yekun ittiham elan edilib, cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Gədəbəy rayon məhkəməsinə göndərilib.

Hadisə       Tarix: 27 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib. KONKRET.azxəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkə

Məktəbli motosiklet qəzasında öldü

Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib. Kənd məktəbini

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

İki ay faiz ödədi, üçüncü ay qətl törətdi - Siyəzəndə baş verən qətlin detalları

Siyəzən rayonunda sələmə pul verən qadın qətlə yetirilib. oxuaz-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında rayonun Böyük Həmyə kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyev

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbər.az zelzele en son xeberler bu gun ən son xəbərlər bugün