Sabiq nazir: "Paşinyanın ən çox qorxduğu şey müharibədir

Sabiq nazir: "Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimlərə başlaması erməniləri qorxuya salıb. Baxmayaraq ki, bəzi mətbuat orqanları yazır ki, erməni revanşistlər müharibə istəyirlər, bu, tamamilə yanlış fikirdir. Beynəlxalq təhlillər göstərir ki, 44 günlük müharibədə erməni ordusu darmadağın olub. Ermənistanın indiki iqtisadi durumu da imkan vermir ki, ordunu yenidən qursun. Ona görə Paşinyanın ən çox qorxduğu şey müharibədir".
Bizim.media xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O əlavə edib:
"İndi də müharibə olmasın deyə Paşinyan düşüb qapı-qapı gəzir. Aparıcı dövlətlərin liderlərini Azərbaycana minnətçi salmaq istəyir ki, müharibə olmasın. Paşinyan bilir ki, növbəti müharibə təkcə onun siyasi karyerasının yox, bütövlükdə Ermənistanın sonu ola bilər".
E.Məmmədyarov bildirib ki, hərbi toqquşmalar Ermənistanı sülhə məcbur edəcək:
"Dəfələrlə demişəm ki, sülh sazişinin imzalanması üçün hansısa hərbi toqquşma olmalıdır. Müharibə və yaxud qısamüddətli toqquşma Paşinyanı sülh sazişini imzalamağa məcbur edəcək. İndiki vaxtda Ermənistan hakimiyyəti ikili oyun oynayır. Nə sülh istəyir, nə müharibə.
Daxili və xarici güclərin təzyiqi ilə Paşinyan hökuməti tez-tez anti-Azərbaycan bəyanatları verir. Lakin sonradan verdiyi bəyanatların arxasında dayana bilməyib geri çəkilir. İndi o dil tökür ki, mən yeni görüşlərə və danışıqlara hazıram. Bunun üçün də digər ölkələrin liderlərinə davamlı xahişlər edir".
Keçmiş nazir antiterror əməliyyatının keçirilməsini vacib sayır:
"Hazırda Azərbaycan Ordusu Ermənistanla şərti sərhəd zonasına tam nəzarət edir. Lakin Qarabağda mənzərə bir qədər fərqlidir. Oradakı separatçılar təkcə insanlarımıza deyil, dövlətimizə də ciddi təhlükə yaradırlar.
Nəzərə alsaq ki, Sərsəng su anbarından Qırmızı Bazara qədər bir çox strateji obyektlər hazırda erməni separatçıların nəzarətindədir, ona görə də bu ərazidə antiterror əməliyyatı zəruridir, vacibdir.
Paşinyanın ehtiyat etdiyi variantlardan biri də budur ki, Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirsin və bütün erməni ünsürləri süpürüb birdəfəlik atsın. Bu da Paşinyan üçün yaxşı heç nə vəd etmir. Ona görə də Paşinyan əl-ayağa düşüb. Gah Fransa, gah Almaniya, gah da Türkiyə prezidentinə zəng edərək onlardan xahiş edir ki, rəsmi Bakını müharibədən və yaxud antiterror əməliyyatından çəkindirsinlər". / azxeber.com

Siyasi       Tarix: 12 sentyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 sonxəbər bu gune olan xeberler xeberler bu qun