Sabunçuda təbii qaz təchizatının dayandırılmasının səbəbi açıqlandı - RƏSMİ

Sabunçuda təbii qaz təchizatının dayandırılmasının səbəbi açıqlandı - RƏSMİ Sabunçuda təbii qaz təchizatının dayandırılmasının səbəbi açıqlandı - RƏSMİ
Sabunçu rayonu Maştağa qəsəbəsində evlərə təbii qazın verilməsi dayandırılıb.
Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər məlumat verib.
Onlar qaz təchizatının dayandırılmasının səbəbləri barədə məlumatsız olduqlarını bildiriblər.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Ceyhun Səfər Oxu.Az-a açıqlamasında sözügedən ərazidə evlərə qaz təchizatının dayandırıldığını təsdiqləyib.
Onun sözlərinə görə, bu ərazidə təbii qazın verilməsinin dayandırılmasına səbəb qaz kəmərlərinə qanunsuz qoşulmaların aşkar edilməsidir:
"Belə hallarla daha çox Sabunçu rayonunun Maştağa və Kürdəxanı qəsəbələri, Nardaran kəndində, Binəqədi rayonunun Xocahəsən qəsəbəsi, Abşeron rayonunun Hökməli qəsəbəsi, Suraxanı rayonu Zığ kəndində və Xəzər rayonu Binə qəsəbəsində rastlaşmışıq. "Azəriqaz" İB qaz kəmərlərinə qanunsuz qoşulmaların qarşısını almaq üçün kəmərləri saxlayan dirəklərdən deşik açmaq məcburiyyətində qalıb.
Çünki əksər hallarda qanunsuz qoşulma aparanlar rezin borunu torpağın altından çəkir, dirəyin içərisi ilə yeridir və qaz xəttinin dirəyə oturduğu yerdən calaq etməklə qoşma aparır. Qoşma da özbaşına qaynaqsız edildiyi üçün qazın çox hissəsi rezin borunun qoşulduğu yerin kənarlarından havaya uçur. "Azəriqaz" İB-nin qazdan qanunsuz istifadə edənlərin həyətlərinə daxil olmaq, mənzillərinə baxmaq səlahiyyəti yoxdur. Bəzi vətəndaşlar həyətindən qonşularına qaz paylayır, istixanalarını qazla təmin edir, bir sözlə, özü üçün mini "qaz paylayıcı şəbəkə" yaradır".
C.Səfərli onu da əlavə edib ki, ötən il ərzində qaz kəmərlərinə 42 mindən çox qanunsuz qoşulma aşkarlanıb:
"Ötən ilin 12 ayı ərzində qeyri-qanuni qoşulma hallarına görə, ölkə üzrə 42 839 (42 520 əhali qrupu, 319 qeyri-əhali qrupu) "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akt tərtib olunub.
67 531 071 m3 (bura qeyri-əhali qrupuna aid 5 902 291 m3 də daxildir) qaz itkisi hesablanıb. Qaz təsərrüfatına 6 753 107 manat (o cümlədən qeyri-əhali üzrə 1 180 458 manat) məbləğində ziyan dəyib. Bu ziyanın böyük əksəriyyəti Bakı şəhəri və paytaxt ətrafı ərazilərə aiddir. Çünki regionlarda əhali və qeyri-əhali üzrə cəmi 2199 akt tərtib olunub.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndində qeyd edilir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq, həmin şəxsdən tələb etməlidir. Lakin bu Qaydalarda itirilmiş qazın bərpası üçün borcun hesablanmasına aid hər hansı düstur yoxdur. Elə buna görə də mövcud qanunvericiliyin üzərində təkmilləşdirilmə işləri aparılır".
Sabunçuda təbii qaz təchizatının dayandırılmasının səbəbi açıqlandı - RƏSMİ Sabunçuda təbii qaz təchizatının dayandırılmasının səbəbi açıqlandı - RƏSMİ Sabunçuda təbii qaz təchizatının dayandırılmasının səbəbi açıqlandı - RƏSMİ Sabunçuda təbii qaz təchizatının dayandırılmasının səbəbi açıqlandı - RƏSMİ Sabunçuda təbii qaz təchizatının dayandırılmasının səbəbi açıqlandı - RƏSMİ Sabunçuda təbii qaz təchizatının dayandırılmasının səbəbi açıqlandı - RƏSMİ Könül Cəfərli

Sosial       Tarix: 24 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri


azerbaycan xeberleri son xeberler yeni xeberler cebheden xeber xeberler bugun dunyada son xeberler kriminal xeber