Sadə herpesin hiyləgər ağırlaşmaları

Sadə herpesin hiyləgər ağırlaşmalarıSadə herpes - törədicisi Sadə Herpes Virusu (SHV) olub, herpetik infeksiyanın ən çox yayılmış xəstəliyidir. Herpesin törədicisi elə virusdur ki, bir dəfə orqanizmə daxil oldusa orada həmişəlik qalır. SHV-nin mənbəyi xəstə və ya daşıyıcı (xəstəliyin xarici əlamətləri yoxdur, lakin virus tüpürcək, sidik, sidik-cinsiyyət sistemi ifrazatları vasitəsilə xaric olunur) insandır. Virus kontakt, hava-damcı yolu ilə, qan və orqan köçürülməsi zamanı ötürülür. Hamiləlik zamanı dölün yoluxması transplasentar yolla (cift vasitəsilə) va ya doğuş zamanı baş verə bilər.
Herpesin bir klassik simptomu var: dəri və selikli qişalarda suluqşəkilli səpgiləri. Suluqlar kiçik qruplarda birləşir. Xəstəliyin həmçinin qabaqlayıcı simptomları da vardır: yanğı, göynəmə hissi, ağız ətrafı və cinsi orqanlarda yüngül keyləşmə hissi. Bu əlamətlərə praktiki olaraq heç kim fikir vermir, hərçənd bu mərhələdə müalicə maksimal effekt verə bilər. Daha sonra isə xəstəlik iltihabi prosesin inkişafı ilə gedir. Sürətlə böyüyən kiçik şişkinlik əmələ gəlir. Şişkinlik şəffaf möhtəviyyatlı suluqlara çevrilir. Onlar partlayır və daxilində milyon virus olan möhtəviyyat xaricə tökülür. Suluqların yerində xora əmələ gəlir. Xoralar quruyur, ağrılı və qanayan yaraya çevrilirlər.
SHV-nin ağırlaşmaları. Zəif immun sistemə malik insanlarda SHV infeksiyası həftələrlə sağalmayan və böyüyüb inkişaf edən xoralara çevrilir. İnfeksiya orqanizm daxilində inkişaf edə bilər, qida borusuna, ağciyərlərə, baş beyinə, baş və onurğa beynini (beyin qişaları) əhatə edən toxumalara və ya yoğun bağırsağa keçə bilər. Qida borusu xoraları udma zamanı ağrılara, ağciyərlərdə infeksiya isə öskürək və boğulma ilə müşahidə olunan pnevmoniyaya səbəb ola bilər. SHV buynuz qişanın patologiyasına gətirib çıxara və əhəmiyyətli dərəcədə görməni poza bilər. Uşaqlarda və böyüklərdə atopik ekzema adlanan xəstəliyin SHV ilə ağırlaşması ölümcül herpetik ekzema xəstəliyinə gətirib cıxara bilər. Nadir hallarda SHV anadan uşağa (neonatal herpes) keçir. Uşaqlar SHV-ni çox çətin keçirir. Yenidoğulmuşlarda ümumi yoluxma, dəri və beyin zədələnməsi baş verə bilər. SHV müalicə olunmazsa generalizə olunmuş proseslər zamanı xəstələrin 85%-i, baş beyin infeksiyaları zamanı isə demək olar ki, yarısı tələf olur.
SHV ilə mübarizə üsulları. Hazırda SHV-ni məhv edən preparat yoxdur. Lakin virusəleyhinə olan asiklovir, valasiklovir və ya famsiklovir kimi preparatlar diskomfort hissini və əlamətləri azalda bilər. Müalicə nə qədər tez başlayarsa (adətən simptomların başladığı ilk saatlar ərzində - suluqlar əmələ gələnədək diskomfort və keyləşmə hissi var ikən) o qədər daha effektlidir. Nəzərə alsaq ki, əhalinin çox hissəsi herpes virusunun daşıyıcısıdır, bu halda profilaktikanın əsas vəzifəsi yoluxmanın deyil, xəstələnmənin qarşısını almaqdır. Bu məsələnin öhdəsindən güclü immun sistemi gələ bilər. İmmun sistemi güclü saxlamaq üçün isə bir neçə sadə qaydanı yerinə yetirmək lazımdır: pis vərdişlərdən əl çəkməli, yaxşı qidalanmalı, yüklənmələri və istirahət zamanını düzgün bölüşdürməli, stressdən, hədsiz  isti və soyuq şəraitdən qaçmaq lazımdır.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR. /news.milli.az

Sağlamlıq     Baxılıb: 595   Tarix: 26 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Xaşdan daha təsirli şorba - Sümükləri beton kimi bərkidir

Qış aylarının sevilən ənənəvi yeməklərindən biri olan yayla şorbası, təkcə mədəni deyil, sümükləri də qoruyur. Mütəxəssislərə görə, qatıq, düyü, nanə və yumurta ilə hazırlanmış bu şorba kalsium, fosfor, zülal və probioti

Əti bu temperaturda bişirin, YOXSA... 

Ölkəmizdə heyvan kəsimi məntəqələri baytar nəzarəti altında fəaliyyətlərini davam etdirir. Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən -a verilən məlumata görə, heyvan kəsimindən əld

Bu estetik prosedurlar nəticə vermir

"Dişləriniz kiçikdirsə dodaq dolğusunu çox etdirməyin. Üzdə ağız açıqkən üst dişlər görünməlidir". KONKRET.azxəbər verir ki, bu haqda plastik cərrah Mustafa Karaca bildirib. O, bəzi vacib maddələri bilmədən esteti

Bu turşunu yeyənlərin DİQQƏTİNƏ

Acı bibər turşusu həm süfrələrin sevimlisi, həm də sağlamlıq baxımından diqqət mərkəzinə çevrilib. Mütəxəssislər bildirirlər ki, bu turşu yalnız dadına görə deyil, həm də orqanizm üçün olan faydaları ilə seçilir. Xüsusil

Qəfil ürək ölümü riski yüksək insanlar kimlərdir?

Danimarkalı alimlər diabetli insanların qəfil ürək ölümü riskinin əhəmiyyətli dərəcədə artdığını aşkar ediblər. "Medicina"-ya istinadla xəbər verir ki, alimlər 2010-cu ildə Danimarkada 54.028 ölüm hadisəsini təhli

Kola sümükləri əridir - Həkim

Duz, şəkər, kofein və qazlı içkilər sümüklərin möhkəmliyini zəiflədərək sınıqlara səbəb ola bilər. milliaz-a istinadən xəbər verir ki, bunu rusiyalı ekspert, endokrinoloq İrina Zyatıkova bildirib. "25-30 yaşa qədər sümükləri

Uzun müddət papaq taxmaq saçı tökür?

Uzun müddət papaq taxmaq saç tökülməsinə səbəb olmaz. KONKRET. -a istinadən xəbər verir ki, bunu dermatoloq Şövqü Salahov bildirib. "Papaq taxıldı deyə, saç tökülməz. Saç genetik, hormonal dəyişikliklərdən, hansısa ağı

Sarımsaq əzməsini ziyilin üstünə vurun - Yox edəcək

Həkim uşaqlarda ziyillərdən xilas olmaq üçün hansı xalq üsullarının təhlükəsiz olduğunu açıqlayıb. -a istinadən xəbər verir ki, uşaqlarda ziyillərin müalicəsində bəzi xalq üsullarından istifadə oluna bilər, lakin bu metodlar

Onkoloq xəbərdarlıq edir: Şirin içkilər xərçəng riskini artırır

Şirin qazlı içkilərin tez-tez qəbul edilməsi yoğun bağırsaqda poliplərin yaranması və xərçəng riskinin artması ilə əlaqələndirilir. -a istinadla  xəbər verir ki, rusiyalı onkoloq Sergey İvanov bildirib ki, bu tip içkiləri


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az 2026 en son xeberler cəbhədən son görüntülər xeber saytlari