"Şagirdləri bütün gecəni qan axtardılar" - Qəzada ölən müəllimin ACI HEKAYƏSİ

"Qəzadan sonra Bakıdan gələn təcili yardıma yerləşdiriləndə bilmirdik bizi eşidir, hiss edir? Bizə baxıb "əla" işarəsi göstərdi. Demək istədi ki, hər şey yaxşı olacaq…"
KONKRET.az lent.az-a istinadən xəbər verir ki, bunu Zaqatalada ağır qəzaya düşən və bir gün sonra dünyasını dəyişən müəllim Elçin Bədirovun iş yoldaşı Könül müəllim deyir.
Dünən Zaqatala rayonunun Əliabad kəndindən keçən hissəsində yük maşını ilə minik maşını toqquşub. Nəticədə isə 4 nəfər xəsarət alıb. Elçin Bədirov ağır yaralanıb… Onu xilas etmək mümkün olmayıb….
Hər kəs tərəfindən çox sevilən müəllimi itirmək onu tanıyanları sarsıdıb. Çox az yaşamaq ehtimalı olan müəllimi sağaltmaq üçün bir gecədə 10 min manat toplanıb…
Könül xanım Elçin müəllimlə bağlı xatirələrini bölüşür:
– Bizim xatirələrimiz çoxdur axı (ağlayır). Tək özümdə yox, uşaqlar, müəllimlər, valideynlər… İnsan yaxınını itirəndə ürəyi ağrıyır. Elçini də itirmək də elə bir hisdir.
Gözəl ailə başçısı, gözəl valideyn, gözəl müəllim. Nə qədər yaxşı söz varsa, onun haqqında demək olar. Azərbaycan dili və Ədəbiyyat müəllimi idi. 7 ildir ki, tanışıq. Kurs açılandan burda idi. Özü eyni zamanda Əliabad 2 nömrəli məktəbdə də işləyirdi. Həm çox tələbkar, ciddi, həm də zarafatcıl idi. Yerini bilən, savadlı müəllim. Onun şagirdləri həmişə yüksək nəticə toplayırdı.
Elçin müəllim bu dünyada 2 övlad qoyub getdi. Onlarda biri isə hələ doğulmayıb…
– Ailə üzvləri Bakıda idi, indi gəlirlər, Şamaxıya çatıblar. Biz də burda gözləyirik. Özünün cənazəsini buraxmayıblar. Ailəsi Zaqatala rayonunun Əliabad kəndində yaşayırdı. 3 qardaşdırlar. Elçin müəllimin 1 yaş yarımlıq qızı var. Həyat yoldaşı da 3 aylıq hamilədi. O da müəllimdi.
Sevilən müəllim. Onun yaşaması üçün tək qan qohumları yox, dərs keçdiyi şagirdlər də mübarizə aparıb. Bütün gecə onu sağaltmaq üçün qan axtarıblar…
– Qəzadan sonra Bakıdan gələn təcili yardıma yerləşdiriləndə bilmirdik bizi eşidir, hiss edir? Bizə baxıb "əla" işarəsi göstərdi. Demək istədi ki, hər şey yaxşı olacaq… Amma olmadı onu itirdik.
Dünən gecə bütün tələbələri onun üçün qan axtarırdı ki, sağalsın. Halbuki sadəcə bir faiz sağalma ehtimalı var idi…
Bütün tələbələrini onun ölümü sarsıdıb. Amma bir şagirdi onun haqqında daha təsirli yazır:
– Bir dəfə nədənsə söhbət düşəndə Elçin müəllim demişdi ki, siz "sirat körpüsü"ndən keçəndə mən cənnətdə ağacın altında uzanmış olacam. Suallara cavab verə bilməsəniz, adımı verib keçərsiniz.
Elçin müəllimlə bağlı şəkilləri sizə təqdim edirik:

Hadisə       Tarix: 14 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü

İsveçrədə azərbaycanlı gənc bədbəxt hadisə nəticəsində ölüb. KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bern şəhərində baş verib. 1984-cü il təvəllüdlü Məhəmməd Aslanov hamamda elektrik cərəyanı vurması nəticəsind

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi

Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb. -ınəldə etdiyi məlumata görə, ölüml

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntüleri son xeberler bugun 2026 canli valyuta mezennesi 2026 cəbhədən ən son xəbər