Şahbaz Şərif: "Dünya sülhə heç vaxt indiki qədər yaxın olmayıb"
ABŞ və İran arasında Avropada imzalanması gözlənilən tarixi sülh sazişi ətrafında diplomatik hərəkətlilik ən yüksək həddə çatıb. Prosesdə fəal vasitəçilik missiyasını öz üzərinə götürən rəsmi İslamabad danışıqların yekun mərhələyə qədəm qoyduğunu bəyan edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif tərəflər arasında əldə olunan tarixi irəliləyişlə bağlı mühüm açıqlama verib. Baş nazir sülh prosesini pozmağa çalışan qüvvələrin daxili və xarici manipulyasiyalarına diqqət çəkib: "Pakistanın davam edən fəal vasitəçilik səylərinə baxmayaraq, sülh sazişini uğursuzluğa düçar etmək istəyənlərin apardığı fasiləsiz dezinformasiya kampaniyasından tamamilə agahıq".
Şərif yayılan şayiələrə və qərəzli xəbərlərə rəğmən, saziş mətninin tam hazır olduğunu rəsmən təsdiqləyib: "Bütün bu süni səs-küyə baxmayaraq, tərəflərlə tam razılaşdırılmış yekun sülh mətninin hazır olduğunu əminliklə ifadə edə bilərik. Pakistan hazırda növbəti addımları müəyyənləşdirmək üçün hər iki tərəflə sıx və intensiv şəkildə işləməyə davam edir".
Siyasi ekspertlər Pakistan hökumətinin bu rəsmi bəyanatını ABŞ Prezidenti Donald Trampın bu həftəsonu üçün planlaşdırdığı imza mərasimi barədə açıqlamaları ilə üst-üstə düşdüyünü qeyd edirlər. İslamabadın prosesdəki rəsmi rolu regional gərginliyin azaldılmasında mühüm təhlükəsizlik qarantı kimi qiymətləndirilir.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK