Sahə həkimlərinin iş qrafiki müəyyənləşib
TƏBİB tibb müəssisələrində ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi istiqamətində tədbirləri gücləndirib.
TƏBİB-dən azxeber.com-a verilən məlumata görə, bu məqsədlə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrində (şəhər və uşaq poliklinikalarında) sahə həkimlərinin və sahə tibb bacılarının tibb müəssisələrində və eləcə də xidmət göstərdikləri sahələrdəki iş saatları dəqiq tənzimlənib.
Onlar iş gününün 4 saatını poliklinikada, 2 saatını isə sahədə vətəndaşlara tibbi xidmət göstərərək onların zəruri tibbi müayinələrini həyata keçirirlər.
TƏBİB tərəfindən verilən, həmçinin sahə həkimlərinə gündəlik çağırışlardan əlavə, hər gün xidməti sahəsi üzrə dispanser qeydiyyatında olan xəstələri, ahıl şəxsləri (ən azı 2 xəstə) ziyarət etmələri, ertəsi gün isə həmin tibbi çağırış və aktiv gedişlərin müvafiq qeydiyyat jurnalında (TQS31 jurnalı) qeyd olunması tapşırığı verilib.
Bununla yanaşı, sahə həkimlərinin fəaliyyətini dəyərləndirmək üçün vətəndaşlardan xidmətin keyfiyyətinin sorğusu aparılır. Bütün bunlar TƏBİB-in prioritet tutduğu sahələrdən olan ilkin səhiyyə xidmətinin keyfiyyətinin daha da artırılması, eləcə də ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə atılan addımlar çərçivəsində həyata keçirilir. Tibb müəssisələrində fəaliyyət göstərən sahə həkimlərinin işinin keyfiyyətini yüksəltmək məqsədilə onların işinə nəzarət artırılıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir