Sahibə Qafarova İran səfiri ilə müzakirələrdə

Sahibə Qafarova İran səfiri ilə müzakirələrdəSahibə Qafarova İran səfiri ilə müzakirələrdə
Fevralın 2-də Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Parlamentin sədri bildirib ki, Azərbaycan və İran iki dost və mehriban qonşu ölkələrdir.
"Bizi bir-birimizə bağlayan tarixi, mədəni və mənəvi dəyərlər münasibətlərimizin qarşılıqlı anlaşma şəraitində inkişafı üçün yaxşı zəmin yaradır. İkitərəfli əlaqələrimizin dərinləşməsində dövlət başçılarının rolu və siyasi iradəsi mühüm rol oynayır. Bu baxımdan, yüksək səviyyəli görüşlər, hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri, aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər böyük əhəmiyyət daşıyır",-deyə S.Qafarova əlavə edib.
Spiker qeyd edib ki, Azərbaycanla İran arasında yüksək səviyyəli siyasi dialoq iqtisadi münasibətlərimizə də müsbət təsir edir:
"Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi günbəgün artır. Biz belə hesab edirik ki, mövcud potensial bu sahədə daha yüksək göstəricilər əldə etməyə imkan yaradır".
Səfir Seyid Abbas Musəvi ölkəsinin dost və qardaş Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərdiyini ifadə edib. Bildirilib ki, İran ölkəmizin apardığı Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, haqqın və ədalətin tərəfində olub. Səfir 44 günlük hərbi əməliyyatlar zamanı qazanılmış zəfərə görə xalqımızı və Milli Məclisin sədrini təbrik edib.
"Heç də təsadüfi deyil ki, əməkdaşlığımız artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Münasibətlərimizin bu səviyyəyə çatmasına parlamentlərimiz də öz layiqli töhfəsini verməkdədir. Deputatlarımız arasında keçirilən görüşlər tərəflər arasında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir",-deyə səfir söyləyib.
Qeyd edib ki, İran gələcəkdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini intensivləşdirmək, əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. /oxu.az

Siyasi       Tarix: 02 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo


yeni xeberler azerbaycan xeberleri son xeberler dunya xeberleri son xeberler az son.xeberler cebheden xeberler