Sahibə Qafarova: "MDB PA əməkdaşlığın inkişafı üçün mühüm alətə çevrilib
Sahibə Qafarova: "MDB PA əməkdaşlığın inkişafı üçün mühüm alətə çevrilib"
"Bu yaz sessiyasının səmərəli, konstruktiv keçəcəyinə şübhə etmədiyimi bildirmək istərdim. MDB Parlamentlərarası Assambleyasının fəaliyyəti dövründə üzv ölkələrin parlamentləri bu qurumun intəhasız imkanlara malik olduğunu sübuta yetirib. Bu assabmleyanın nüfuzlu beynəlxalq təşkilata, dövlətlər arasında əməkdaşlığın inkişafında mühüm alətə çevrilməsi sevindiricidir".
"Report" xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Sankt-Peterburq şəhərindəki 52-ci iclasında bildirib.
MDB PA-nı regional və beynəlxalq siyasətə dair başlıca məsələlərlə bağlı müzakirə və əməkdaşlığın əlverişli platforması kimi dəyərləndirən Milli Məclis sədri deyib: "Bu gün dünyada parlamentlərin, parlament diplomatiyasının rolu danılmazdır. MDB PA da parlamentlər arasında iki və çoxtərəfli əməkdaşlığın inkişafı üçün nadir platformadır. Üzv dövlətlər arasında MDB PA çərçivəsində hərtərəfli tərəfdaşlığın gücləndirilməsi istiqamətində qarşılıqlı fəaliyyəti bundan sonra da hərtərəfli inkişaf etməklə ali qanunçuluq qurumları arasında əlaqələrin genişlənməsinə töhfə verəcək".
Avrasiya Qadın Forumu təşəbbüsünün əhəmiyyətini vurğulayan S.Qafarova bununla sülhün və təhlükəsizliyin gücləndirilməsində qadınların artan rolunun bir daha ortaya çıxdığını diqqətə çatdırıb. /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar