Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib

Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edibTanzaniya Birləşmiş Respublikasının Aruşa şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 153-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) koordinasiya iclası keçirilib.
Bu barədə azxeber.com-a Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclasa Milli Məclisin və QHPŞ-nin sədri Sahibə Qafarova sədrlik edib.
Gündəliyin qəbul edilməsindən sonra iclasda giriş sözü ilə çıxış edən S.Qafarova bildirib ki, PAİ Assambleyaları ilə paralel keçirilən əlaqələndirmə iclasları kollektiv fəaliyyət və bu platformadan maksimum istifadə etmək baxımından mühümdür. Onun sözlərinə görə, bu iclaslar üzv parlamentlər arasında konstruktiv dialoq üçün imkan yaradır ki, bu da üzv ölkələrin parlamentləri arasında əməkdaşlığı daha da möhkəmləndirir.
Diqqətə çatdırılıb ki, QHPŞ-nin 5-ci konfransı bu ilin aprelində Türkiyənin İstanbul şəhərində, 152-ci PAİ Assambleyası ilə paralel olaraq keçirilib. İndiyədək keçirilən beş konfransın QHPŞ-yə güclü və davamlı marağın təsdiqi olduğu, üzv parlamentarilərin Şəbəkənin işində fəal iştirakının sülh, ədalət və dayanıqlı inkişaf işinə töhfə vermək üçün parlamentlərarası əməkdaşlığın potensialına olan möhkəm inamı nümayiş etdirdiyi bildirilib. Bu baxımdan, QHPŞ-nin bu ümumi məqsədlərə nail olmaq üçün parlament əməkdaşlığının və həmrəyliyinin gücləndirilməsinə dair ümumi baxışı və kollektiv sadiqliyi əks etdirdiyi qeyd olunub.
S. Qafarova deyib ki, Parlament Şəbəkəsi öz əhatə dairəsini genişləndirməyə və beynəlxalq rolunu gücləndirməyə davam edir. O, sədr kimi xarici səfərləri, ikitərəfli görüşləri və beynəlxalq konfranslardakı iştirakı zamanı bu təşkilatın rolunu və işini təşviq etməyi prioritet hesab etdiyini vurğulayıb və bu istiqamətdə görülən tədbirlər barədə məlumat verib.
İnstitusional dialoqun inkişaf etdirilməsinin və digər təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin Parlament Şəbəkəsinin əsas prioritetləri olaraq qaldığını deyən S. Qafarova qeyd edib ki, bu gün QHPŞ 6 təşkilatda müşahidəçi statusuna malikdir, 8 təşkilata isə Şəbəkədə müşahidəçi statusu verilib. Həmçinin tərəfdaş təşkilatlarla Anlaşma Memorandumlarının bağlanması təşkilatın beynəlxalq əməkdaşlıqda iştirakını genişləndirir və indiyədək Parlament Şəbəkəsi 10 belə Memorandum bağlayıb ki, bu da onun institusional tərəfdaşlıqlarını və beynəlxalq əhatəsini daha da gücləndirir.
Bu nəticələri bir sədrliyin və ya hər hansı bir parlamentin nailiyyətləri kimi deyil, kollektiv səylərin nəticəsi kimi qeyd etdiyini deyən spiker Sahibə Qafarova bildirib ki, bütün bunlar üzv parlamentlərin ideyaları bölüşən, həll yolları axtaran və qarşılıqlı hörmət və həmrəylik ruhunda birlikdə çalışan dəyərli töhfələri sayəsində mümkün olub.
S. Qafarova bildirib ki, Şəbəkənin 2021-ci ilin noyabrında Madriddə təsis edilməsindən bəri 2022, 2023, 2024, 2025 və 2026-cı illərdə müvafiq olaraq Bakıda, Manamada, Cenevrədə, Daşkənddə və İstanbulda 5 konfrans keçirilib. O, ötən konfranslarda qəbul olunmuş qərarların əhəmiyyəti ilə bağlı fikirlər səsləndirib və bildirib ki, hər bir konfrans Parlament Şəbəkəsinin institusional inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.
Sonra iclasda gündəliyə uyğun olaraq Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin institusionallaşma prosesi barədə müzakirələr aparılıb.
Müzakirələr zamanı Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Venesuela Milli Assambleyasının sədr müavini Qresiya Kolmenares, Mərakeş Müşavirlər Şurasının sədr müavini Lahsen Haddad, Belarus Milli Assambleyası Respublika Şurasının komitə sədri Sergey Aleinik, Pakistan Milli Assambleyası Daimi Komitəsinin sədri Syed Hafeezuddin, Misir Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr komitəsinin sədri Sameh Şukri, Tanzaniya parlamenti komitə sədri Dama Ndumbaro və digər iştirakçılar çıxış edərək, müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər.
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edibSahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edibSahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib

Siyasi       Tarix: 09 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətləraras

Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub

Türkiyə ordusunun keçmiş baş qərargah rəisi, istefada olan ordu generalı Metin Güraka Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən 2025-ci ildə verilmiş "Hərbi əməkdaşlıq sahəsində xidmətlərin

İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlətimizi

Ruslar kütləvi zərbəyə hazırlaşır, məlumatımız var

Bu gün kəşfiyyatdan rusların kütləvi zərbəyə hazırlaşması ilə bağlı yenilənmiş məlumat aldıq. xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski oktyabrın 6-da hökumət rəsmiləri, hərbçilər və güc strukturların rəhbərlər

Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb

"Sərhədi keçərək Şakidə saxlanılan azərbaycanlı hərbçi bir müddət Ermənistanda qalacaq". xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. "Cinayət işi üzrə prosedurlar Ermənistanda həyat

Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycandəmir yolu əlaqəsinin yaradılması və Ermənistan-Türkiyə sərhədinin yaxınperspektivdə açıla biləcəyini bildirib. . Paşinyan bu barədə İrəvanda keçirilən "Ermənista

Gürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri Qiorqi Zakaraşvilini qəbul edib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, Ceyhu

Azərbaycan hərbçisi ilə bağlı İrəvandan YENİ QƏRAR – Paşinyan detalları açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan sərhədi keçərək Şəki kəndinə daxil olan Azərbaycan hərbçisinin cəzasının ən azı bir hissəsini Ermənistanda çəkəcəyini bildirib. xəbər verir ki, Paşinyan bunu hökumət saatında "Gücl

Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb

Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev Tacikistan Respublikasının Avstriya Respublikasındakı səfiri Manuçehir Cobirlə nəzakət görüşü keçirib. xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyada səfirliyini


yeni xeberler azerbaycan xeberleri son xeberler xabarlar xeber.az bu gun cəbhədən şad xəbər sou xeberler