Sahibə Qafarova Sammitdə çıxış etdi

Sahibə Qafarova Sammitdə çıxış etdiMayın 7-də Aralıq Dənizi Parlament Assambleyasına üzv və tərəfdaş ölkələrin parlament sədrlərinin 1-ci Sammiti keçirilib.
azxeber.com xəbər Milli Məclisin sədri Sahibə Qafarova Sammitdə iştirak edib.
Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova Sammitdə çıxış edərək bildirib ki, son 20 il ərzində Aralıq Dənizi Parlament Assambleyası parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi, strateji əhəmiyyətə malik regionda dialoqun, qarşılıqlı anlaşmanın, sülh və sabitlik naminə ortaq məsuliyyətin təşviqi baxımından mühüm platforma kimi özünü təsdiq edib.
Azərbaycanın coğrafi baxımdan Aralıq dənizi regionunun bir hissəsi olmasa da, Aralıq dənizi hövzəsi və Körfəz ölkələri ilə uzunmüddətli əlaqələrə və konstruktiv münasibətlərə malik olduğunu bildirən Milli Məclisin sədri deyib ki, Azərbaycan enerji marşrutlarının və təchizatının şaxələndirilməsi vasitəsilə regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir. Bununla yanaşı, qeyd olunub ki, ölkəmiz Şərqlə Qərb arasında nəqliyyat bağlantılarının inkişafında, xüsusilə Orta Dəhliz çərçivəsində fəal rol oynayır. Bu səylər əməkdaşlığın gücləndirilməsinə və ortaq iqtisadi dayanıqlılığın təşviqinə töhfə verir.
Spiker Sahibə Qafarova, parlamentlərin beynəlxalq münasibətlərdə getdikcə daha mühüm rol oynadığını və parlament diplomatiyasının dialoqun təşviq edilməsi, şəffaflığın artırılması və dövlətlər arasında etimadın möhkəmləndirilməsi vasitəsilə ənənəvi diplomatik kanalları tamamladığını söyləyib.
Milli Məclisin sədri parlament diplomatiyasının etibarlı, inklüziv olmasının və beynəlxalq hüquqa, demokratik prinsiplərə, eləcə də qarşılıqlı anlaşmaya əsaslanmasının vacibliyini vurğulayıb. O deyib ki, parlament diplomatiyası fikir ayrılıqlarının olduğu hallarda belə konstruktiv əməkdaşlıq üçün platforma təqdim etməlidir. Azərbaycan Milli Məclisi bu yanaşmanı dəstəkləyir və çoxtərəfli parlament platformaları çərçivəsində əməkdaşlığa xüsusi önəm verir.
Bu kontekstdə Assambleyanın həm Azərbaycanın, həm də Ermənistanın parlamentlərinə müşahidəçi statusu verməsi qərarını müsbət qiymətləndirən spiker Sahibə Qafarova deyib ki, bu ölkələr, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, onilliklərlə davam edən münaqişədən sonra sülh şəraitində yaşamağı öyrənirlər. Bu addım sülh və normallaşma istiqamətində davam edən səylərə uyğun olaraq iki ölkə arasında dialoqun və etimad quruculuğunun inkişafına töhfə verə bilər. Parlamentlərimizin də iki xalq arasında etimadın qurulması istiqamətində çalışdığını söyləyən Sahibə Qafarova deyib ki, Aralıq Dənizi Parlament Assambleyası konstruktiv əməkdaşlıq üçün daha bir mühüm platformaya çevrilə bilər.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın beynəlxalq parlament fəaliyyətlərində fəal iştirak etdiyini xatırladaraq deyib ki, ölkəmiz parlamentlərarası əməkdaşlığı ortaq çağırışların həlli üçün mühüm vasitə hesab edir. Spiker xatırladıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi də ölkəmizin qlobal səviyyədə parlament əməkdaşlığının gücləndirilməsinə sadiqliyini əks etdirir. Bu baxımdan, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu mühüm addım parlament diplomatiyasının beynəlxalq əməkdaşlığın vacib sütunu kimi gücləndirilməsinə dair ortaq öhdəliyimizi əks etdirir və bu çərçivə daha institusional qarşılıqlı fəaliyyəti və parlamentlərarası əlaqələrin daha da genişlənməsini təşviq edəcək.
Çıxışının sonunda spiker Sahibə Qafarova bir daha diqqətə çatdırıb ki, səmərəli parlament diplomatiyası davamlı öhdəlik və əlaqələndirilmiş fəaliyyət tələb edir. Parlamentlərimiz arasında əməkdaşlığın gücləndirilməsi də sülhə, sabitliyə və davamlı inkişafa xidmət edəcək.

Siyasi       Tarix: 08 may 2026
f Paylaş

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeberler en sonxeber en son xeberler bu gun kriminal bugun