Sahibə Qafarova Səudiyyə Ərəbistanının səfiri ilə görüşdü

Sahibə Qafarova Səudiyyə Ərəbistanının səfiri ilə görüşdüSahibə Qafarova Səudiyyə Ərəbistanının səfiri ilə görüşdü
Martın 10-da Milli Məclisin sədri Sahibə Qafarova Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Sədr Azərbaycan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında yaranan diplomatik münasibətlərin əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyini bildirib.
"Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin iyulunda bu ölkəyə rəsmi səfərindən sonra əlaqələrimiz daha da inkişaf edib. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfərləri çərçivəsində keçirilən görüşlər və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirib".
Sədr deyib ki, xalqlarımızın mənafeyinə cavab verən bu münasibətlər parlamentlər səviyyəsində də davam etdirilir.
"Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının mövcudluğu, deputatlarımızın müxtəlif səviyyəli tədbirlərdə görüşləri qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından önəmlidir. Spiker hər iki ölkə deputatlarının bir sıra beynəlxalq parlament qurumlarında səmərəli əməkdaşlığını qeyd edib.
Sədr Azərbaycanın apardığı Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdiyini xatırladaraq, Səudiyyə Ərəbistanının müxtəlif beynəlxalq təşkilatlarda davamlı olaraq ölkəmizi dəstəklədiyini, işğalçılıq siyasəti yürüdən Ermənistanla indiyədək diplomatik münasibətlər qurmadığını deyib.
Spiker Xocalı faciəsi ilə əlaqədar 2015-ci ildə Səudiyyə Ərəbistanı parlamentində keçirilmiş tədbiri yüksək qiymətləndirərək ölkəmizə göstərilən bu diqqəti dost münasibəti kimi dəyərləndirib.
Səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə iki ölkə arasında yüksək səviyyəli bir sıra görüşlərin iştirakçısı olduğunu söyləyib. Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin əlaqələrimizin inkişafına verdiyi əhəmiyyəti yüksək qiymətləndirib. Qeyd edib ki, ölkələrimiz arasında həyatın müxtəlif sahələrinə aid imzalanmış sənədlər əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir.
Parlamentlər səviyyəsində əlaqələrin inkişafında dostluq qruplarının rolunu vurğulayan səfir deputatların mütəmadi görüşlərinin əhəmiyyətli olduğunu söyləyib.
Qonaq 44 günlük Vətən müharibəsi dövründə ölkəsinin burada cərəyan edən hadisələri daim diqqətdə saxladığını, Azərbaycanın müvafiq qurumları ilə təmasda olduqlarını deyib. Erməni işğalından azad olunmuş ərazilərə səfər etdiyini, dağıdılmış binaları öz gözləri ilə gördüyünü, sökülmüş məsciddə namaz qıldığını söyləyib. Bildirilib ki, Səudiyyə Ərəbistanında Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədi ilə bir sıra tədbirlər təşkil olunur, bu haqda məlumatlar kütləvi informasiya vasitələrində geniş yayılır.
Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. /oxu.az

Siyasi       Tarix: 10 mart 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın


yeni xeberler azerbaycan xeberleri son xeberler az xeber xabar az son xeber 2026 azerbaycan son xeber bugun