Sahibə Qafarova Valentina Matviyenko ilə görüşdü

Sahibə Qafarova Valentina Matviyenko ilə görüşdü Sahibə Qafarova Valentina Matviyenko ilə görüşdü
Aprelin 16-da Sankt-Peterburqa səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Bu barədə Milli Məclis məlumat yayıb.
Valentina Matviyenko bildirib ki, bu səfər iki ölkə arasında mövcud olan sıx parlamentlərarası əlaqələrin daha da inkişafı baxımından çox əhəmiyyətlidir.
Qeyd edilib ki, Rusiya və Azərbaycanın əlaqələri strateji müttəfiqlik səviyyəsindədir. Ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirən Valentina Matviyenko münasibətlərin daha da dərinləşməsində iki ölkə prezidentlərinin rolunu xüsusi vurğulayıb. O, Azərbaycan və Rusiyanın qanunverici orqanları arasında əməkdaşlığı yüksək qiymətləndirərək söyləyib ki, bu əlaqələr ölkələrimiz arasında münasibətlərə mühüm töhfə verir.
Federasiya Şurasının sədri üçtərəfli 10 noyabr bəyanatından da danışıb. O qeyd edib ki, bu sənəd regionda sülhün təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Valentina Matviyenko Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə də toxunaraq mərkəzin düzgün və obyektiv məlumatların verilməsində müsbət rol oynayacağına inamını ifadə edib. Söhbətdə region dövlətləri arasında əməkdaşlığın dərinləşməsinin əhəmiyyəti də qeyd olunub.  
Sahibə Qafarova bildirib ki, bu qəbildən olan görüşlər iki ölkə arasında münasibətlərin inkişafına yeni impuls verir. O deyib ki, Azərbaycan və Rusiyanın MDB PA çərçivəsində əməkdaşlığı iki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin inkişafında müsbət rol oynayır. Bildirilib ki, son zamanlar ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq daha intensiv xarakter alıb və bir çox sahələri əhatə edir.
Parlamentlərarası münasibətlərə toxunan Milli Məclisin sədri Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişafında hər iki ölkənin parlamentlərinin rolunu qeyd edib. Sahibə Qafarova bildirib ki, həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qrupları pandemiya başa çatandan sonra öz fəaliyyətlərini daha sıx şəkildə davam etdirəcəklər.
Spiker MDB PA-nın yaz sessiyası çərçivəsində terrorizmlə mübarizəyə həsr olunmuş konfransın keçirilməsini alqışlayaraq qeyd edib ki, terrorizm müasir dövrün ən qorxulu çağırışlarından biridir. Artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsinin həllindən danışan sədr 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın önəmini qeyd edib. O əlavə edib ki, bu sənəd bölgədə uzunmüddətli sülh və təhlükəsizliyə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir. Sahibə Qafarova ölkəmizin sənəddən irəli gələn bütün vəzifələri tam şəkildə yerinə yetirdiyini diqqətə çatdırıb.
Milli Məclisin sədri təəssüflə bildirib ki, Ermənistan tərəfinin Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinə gizli şəkildə hərbçilər göndərməsi barədə informasiyalar daxil olur. Azərbaycan tərəfində olan məlumata görə, döyüş əməliyyatları başa çatdıqdan sonra Ermənistanın Şirak vilayətindən, Gümrü şəhərindən və ətraf rayonlardan tərkibi 60 nəfərdən çox olan dəstələr Laçın dəhlizi vasitəsi ilə Azərbaycan ordusunun nəzarət etdiyi ərazilərə göndərilib və bu diversiya qrupları Azərbaycan hərbçilərinə və dinc əhaliyə qarşı terror aktları törədiblər.
"Bu, birgə bəyanatın bəndlərinin kobud şəkildə pozulmasıdır, regionda sülhün və təhlükəsizliyin təminatına zərər verir", - deyə S.Qafarova əlavə edib.
Sahibə Qafarova Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsinə toxunaraq qeyd edib ki, Ermənistan minalı ərazilərin xəritəsini hələ də Azərbaycana təqdim etməkdən boyun qaçırır. 
"Bu isə beynəlxalq hüquq normalarına ziddir, hərbi cinayətdir".
Sədr beynəlxalq ictimaiyyətin bu məsələdə Ermənistana təzyiq göstərməsinin də vacib olduğunu qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.   /oxu.az

Siyasi       Tarix: 16 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeberler cebheden xeberler xeberler bugun 2026 dunya xeberleri