Şahin Şıxlinskiyə qarşı 22 milyonluq iddia: Məhkəməyə qədər uzanan qalmaqallı ittiham

Rusiyanın URA.RU nəşrinin yaydığı məlumata görə, Yekaterinburq sakini Fehruz Şirinov Ural azərbaycanlı diasporunun sabiq rəhbəri Şahin Şıxlinski və Səfərov qardaşlarına qarşı 22 milyon rubl məbləğində mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. İddia artıq hüquqi müstəviyə daşınıb və Rusiya ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
KONKRET.az Musavat.com-a istinadən Nəşrin məlumatına görə, iddiaçı Fehruz Şirinov bu tələbi 2010-cu ilə aid edilən guya sui-qəsd epizodu ilə əsaslandırır. Onun iddiasına əsasən, həmin dövrdə baş verdiyi bildirilən hadisə uzun illər sonra da ona ciddi psixoloji travma yaşadıb və məhz bu səbəbdən yüksək məbləğdə mənəvi zərərin ödənilməsini tələb edir. Şirinov iddia ərizəsində birbaşa olaraq Şahin Şıxlinskinin və Səfərov qardaşlarının adını çəkir.
Məsələ ilə bağlı hazırda hüquqi proseslər davam edir. Məhkəmənin iddianı icraata qəbul edib-etmədiyi, həmçinin qarşı tərəfin rəsmi mövqeyi barədə açıq mənbələrdə hələlik ətraflı məlumat verilməyib. Rusiya mediası qeyd edir ki, iddianın məhz bu mərhələdə gündəmə gətirilməsi təsadüfi sayılmır və prosesin arxasında daha geniş siyasi-hüquqi kontekstin dayandığı ehtimalları irəli sürülür.
Musavat.com xatırladır ki, Şahin Şıxlinski uzun illər Ural bölgəsində Azərbaycan diasporunun ən tanınmış və fəal simalarından biridir. O, həm Rusiya cəmiyyətində azərbaycanlıların hüquqlarının müdafiəsi, həm də Azərbaycan dövlətinə və milli maraqlara bağlı mövqeyi ilə seçilib. Məhz bu fəaliyyətinə görə Şıxlinskinin son dövrlər Rusiya hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşdüyü bildirilir.
Şahin Şıxlinskiyə qarşı 22 milyonluq iddia: Məhkəməyə qədər uzanan qalmaqallı ittihamXüsusilə Yekaterinburqda baş verən son faciəvi hadisələrdən sonra Şahin Şıxlinskinin adı yenidən gündəmə gətirilib. O zaman Rusiya hüquq-mühafizə təşkilatları Səfərov qardaşlarını qətl etmiş, diasporun çoxsaylı üzvlərini vəhşicə döymüşdü. Həmin vaxt Şahin Şıxlinski və oğlu Mütvali soydaşlarımızın müdafiəsi istiqamətində böyük işlər görmüşdülər. Bu səbəbdən də Rusiya İstintaq Komitəsi tərəfindən saxlanıldı və hazırda oğlu Mütvali Şıxlinski ilə birlikdə həbsdədir. Azərbaycan ictimaiyyətində və diaspor dairələrində bu həbslərin qondarma ittihamlar əsasında həyata keçirildiyi, prosesin isə Azərbaycan–Rusiya münasibətlərində yaranmış gərgin fonun tərkib hissəsi olduğu fikri geniş yayılıb.
Ekspertlərin fikrincə, 22 milyon rubl məbləğində mənəvi zərər tələbi ilə bağlı iddianın məhz indi ortaya çıxması təsadüfi deyil. Bu, təkcə hüquqi mübahisə yox, həm də Ural bölgəsində fəal mövqeyi ilə seçilən Azərbaycan diasporunun nüfuzlu simalarına qarşı təzyiq aləti kimi qiymətləndirilir. Bir sıra müşahidəçilər hesab edirlər ki, Şahin Şıxlinski faktiki olaraq Azərbaycanla Rusiya arasında artan siyasi-soyuqluğun və diaspor müstəvisində gedən görünməz qarşıdurmanın qurbanlarından birinə çevrilib. 
Şahin Şıxlinskiyə qarşı 22 milyonluq iddia: Məhkəməyə qədər uzanan qalmaqallı ittihamHazırda iş üzrə istintaq və məhkəmə prosedurlarının gedişi diqqətlə izlənilir. Qarşı tərəfin mövqeyi, iddianın hüquqi əsasları və məhkəmənin verəcəyi qərar bu qalmaqallı prosesin taleyini müəyyən edəcək. Məsələ həm Rusiya, həm də Azərbaycan ictimaiyyətində uzun müddət gündəmdə qalacağa bənzəyir.

Hadisə       Tarix: 14 yanvar 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

Tanınmış həkim ürək çatışmazlığından vəfat etdi

Göygöl rayonunda həkim Sahib Rəsulov 73 yaşında vəfat edib. xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Sahib Rəsulov 1978-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. O, uzun illər tibb sahəsində çalışara

Bakıda oğul anasını bıçaqladı

Bakıda qadın bıçaqlanıb. KONKRET. -a istinadla xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Mehriban Adıgözəl qızı Abdullayeva bıçaq xəsarətlər

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler sonxeber ən son xəbərlər xeberler bugun