Saleh Məmmədov 1 ailənin öldüyü qəzadan DANIŞDI
"2-3 gün əvvəl Bakı-Quba yolunda baş verən faciə mənim özümə də pis təsir edib. Mətbuat işçiləri gündəlik avtomobil yollarında faciələri hesablayıb nəzərə alsalar, görərlər ki, bu da həmin faciələrdən biridir, milli faciə deyil".
KONKRET.az xəbər verir ki, bunu Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov 2021-ci il ərzində görülmüş işlərlə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu yolda sürət həddinin nizamlanması üçün yol işarələri var: "Əcəl Allahın işidir, minimal sürətlə gedəndə də faciə baş verə bilər. Hər birinizdən xahiş edirəm, gedin həmin yola baxın. O körpüyə yaxınlaşma yolu olub. 1984-86-cı illərdə ilk dəfə çəkilib və Sumqayıt ərazisindən keçir.
2008-ci ildən yenidən rekonstruksiya olunub. Sumqayıt çayı üzərində sonradan mütəmadi çökmələr olub. Biz bunu nəzərə alaraq tez-tez təmir işləri aparırıq. Orada daralma işarəsi qoyulub və sürət həddi endirilib. Ola bilər sürücü sürət həddinə baxmayıb və faciə baş verib. Amma bu məsələ milli faciə deyil".
Xatırladaq ki, fevralın 17-də Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində "Mercedes" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində bir ailənin 3 üzvü – sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və onların övladları 2021-ci il təvəllüdlü Həmzə hadisə yerində ölüb.
DYP-nin rəsmi məlumatına görə, qəza yolun nahamar olmasına görə baş verib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar