Şamaxıda 14 yaşlı qıza təcavüzə görə daha iki nəfər saxlanıldı
Şamaxı rayonunda 2008-ci il təvəllüdlü qıza təcavüzə görə daha iki nəfər saxlanılıb.
KONKRET.az-ın məlumatına görə, Göylər kəndində yeniyetmə ilə qeyri-təbii yolla cinsi əlaqədə olma faktı ilə bağlı üç nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Məsələ barədə Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb. Əməli törətməkdə şübhəli bilinən üç nəfər saxlanılıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, ötən gün əməli törətməkdə şübhəli bilinən bir nəfər saxlanıldığı barədə məlumat yaymışdıq.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.az-ın sorğusuna cavab olaraq üç nəfərin saxlanılmasını və barələrində həbs qətimkan tədbiri seçilməyini təsdiqləyib.
Qeyd edək ki, sosial şəbəkələrdə iddia edilib ki, oğlanın həbs edilməməsi üçün ailəsi qıza elçi düşüb.

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür