Samir Məmmədov "Birmarket"-in CEO-su təyin edilidi
Azərbaycanın aparıcı elektron ticarət platformalası "Birmarket"-in rəhbərliyində dəyişiklik olub. Belə ki, şirkətin Baş İcraçı direktoru postuna Samir Məmmədov təyin edilib.
azxeber.com xəbər verir ki, o, 5 yanvar 2026-cı il tarixindən etibarən vəzifəsinin icrasına başlayıb. Bu vəzifəni daha əvvəl Rauf Qulaməliyev icra edib. O, "Pasha Group" ilə əməkdaşlığını Məsləhətçi vəzifəsində davam etdirəcək.
Samir Məmmədov daha öncə Azərbaycanın ilk irimiqyaslı elektron ödəmə sistemlərinin inkişafı ilə məşğul olan fintex startapı "PashaPay"in Baş icraçı direktoru (CEO) vəzifəsində çalışıb.
Qeyd edək ki, "Birmarket" Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosisteminin aparıcı brendlərindən biridir.
"Birmarket" çoxkateqoriyalı marketplace olaraq müştərilərinə gündəlik istehlak ehtiyaclarını qarşılamaq üçün geniş məhsul çeşidi təqdim edir. Platforma müxtəlif kateqoriyalar üzrə məhsulları bir məkanda cəmləyərək rahat və əlçatan alış-veriş imkanı yaradır. Bir ekosisteminin tərkib hissəsi kimi həm müştərilər, həm də tərəfdaşlar inteqrasiya olunmuş ödəniş həlləri, kredit və taksit imkanları, "Bir Bonus" və digər ekosistem üstünlüklərindən faydalana bilirlər.

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu