Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib

Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilibPrezident Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.
azxeber.com "Report"a istinadən xəbər verir ki, iclası giriş sözü ilə açan Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə zamanı verilmiş tapşırıqları qeyd edərək, bu tapşırıqların növbəti bir il üçün Əlaqələndirmə Qərargahının fəaliyyətinin əsasını təşkil edəcəyini diqqətə çatdırıb.
İclasın gündəliyində qarşıda duran qısa və uzunmüddətli hədəflərdən irəli gələn müxtəlif məsələlər yer alıb, bununla bağlı müvafiq məruzələr dinlənilib, həmçinin işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi, dayanıqlı məskunlaşma, məşğulluq, iqtisadi inkişaf perspektivləri və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Daha sonra Nazirlər Kabineti və Əlaqələndirmə Qərargahı üzvlərinin martın 2-də keçirilən Şuşa müşavirəsindən irəli gələn məsələlər, o cümlədən şəhərsalma, yay mövsümünün yaxınlaşması ilə bağlı su təchizatı məsələləri, tarix və mədəniyyət abidələrinin bərpası və digər məsələlər ətraflı müzakirə edilib, vəzifələrin icrası ilə əlaqədar növbəti addımlar müəyyən olunub və müvafiq tapşırıqlar verilib. Bütün məsələlərin həllində hədəfyönümlü və sistemli fəaliyyətin, habelə qurumlararası, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndələri ilə əlaqələndirmənin əhəmiyyəti qeyd olunub.
İclasın sonunda Qərargahın rəhbəri Samir Nuriyev işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa fəaliyyətinin Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi, eləcə də işlərin artan miqyasına müvafiq şəkildə aparılması üçün Əlaqələndirmə Qərargahının fəaliyyətinin də çevikliyinin təmin olunmasının vacibliyini vurğulayıb.

Sosial       Tarix: 16 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

General rütbəsi verilən zabitlər kimdir? - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general-mayor rütbəs

Yayın istilərində ürək sağlamlığı üçün 5 həyati xəbərdarlıq

Yay aylarının başlaması ilə birlikdə temperatur və rütubətin artması xüsusilə ürək-damar sağlamlığı üçün risk yaradır. . -un -a istinadən məlumatına görə, kardiologiya mütəxəssisi Dr. Mehmet Gültekin Erçan bildirib ki, həddində

Pirşağıda dənizdə batan qadın müəllim imiş

Dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dənizdə boğularaq ölən Zabrat qəsəbə sakini 1984-cü il təvəllüdlü Raisə Şükü

Müasir texnologiya istifadəyə verildi: Bakteriyalar bir neçə dəqiqəyə müəyyən ediləcək

TƏBİB tərəfindən vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması və laborator diaqnostika imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmaqda davam edir. Bu məqsədlə Yeni Klinika v

Həkim dərman qəbulu üçün ideal saatları açıqladı

Dərmanların effektivliyi onların qəbul edildiyi günün vaxtından asılı olaraq dəyişə bilər. Bunun əsas səbəbi orqanizmdəki biokimyəvi prosesləri idarə edən sutkalıq ritmlərdir. Kimya elmləri namizədi, dosent Aleksey Pano

Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - Açıqlama

Rusiyada bəzi bölgələrdə benzinin əlçatanlığında yaranan çətinliklər enerji bazarında yeni müzakirələrə səbəb olub. Bu vəziyyət avtomobil sektorunda alternativ enerji mənbələrinə marağın artması ehtimalını yenidən gündəm

Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı

Jurnalist Elnur Hidayətoğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad olunub. xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA

"Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır, çünki hərbi bilikləri onlar öyrədir". xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmət

Qrip kimi görünür, amma ölümcül ola bilər - XƏBƏRDARLIQ

Qızdırma, baş ağrısı və əzələ ağrıları hər zaman mövsümi virus infeksiyasına işarə etmir. Bu qeyri-spesifik simptomlar bəzən ölümcül xəstəliklərin – Ebola qızdırması və hantavirus infeksiyasının ilkin əlamətləri ola bilər


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezennesi banklar xeber az xabar az bu gune olan xeberler