"Samir Şərifov demir, kim nə deyir desin, bazarda qiymətlər artıb" - Deputat
"Ərzaq məhsullarının qiymətlərində artımlar var, kim deyirsə,artım yoxdur, bu, doğru deyil. Amma bunun qarşısını almaq da mümkün deyil".
Bu sözləri Azxeber.com-a açıqlamasında Milli Məclisindeputatı Aqil Abbas ərzaq məhsulları qiymətlərinin artıb-artmamasına münasibətbildirərkən deyib.
Deputat qeyd edib ki, enerji, benzin bahalaşırsa, ərzaqların da bahalaşması gözləniləndir: "Ərzaq məhsullarının qiymətlərində artımlar var,Samir Şərifov demir, kim deyir desin ki artım yoxdur, bu, doğru deyil. Artımlarvar, amma bu da təbiidir. Bunun qarşısını almaq mümkün deyil. İndi ətdə, çörəkdəartım yoxdur, yəqin bunu fikirləşib deyirlər ki, artım yoxdur. Amma ərzaq təkcəətdən, çörəkdən ibarət deyil. Digər ərzaq məhsullarında artımlar var. Kartofdada var, soğanda da var, pomidorda da var, xiyarda da var, yəni hamısını bir-birsaymaq olmaz.
Deputat deyib ki, benzin bahalaşan zaman hər şey bahalaşmlıdır:
"Əgər benzin bahalaşırsa, hər şey bahalaşmalıdır. Enerjibahalaşırsa, məsələn, qaz, işıq bahalaşırsa, digər məhsullar da bahalaşmalıdır.Bunlar paraleldir. Mənim bir sözüm var, kəndli kartof əkib onu bazardasatanda, sən ona deyə bilməzsən ki, niyə bu qiymətə satırsan. Məsələn, mən 3manata satıram, alırsansa al, almırsan xoş getdin. Yəni bu şeylər var.
Kəndli hansısa rayondan kartof gətirir, yanacağa nə qədərpul verir, yanacağın qiyməti qalxırsa, kəndli də məcburdur ki, bir azqaldırsın. Onun bizə borcu yoxdur ki, gətirib ucuz satsın. Qiymətlər artırsa, oda artırmalıdır. Buna görə xalqı qınamaz olmaz ki, niyə məhsulu gətirib bahasatırsınız".
Qeyd edək ki, Maliyyə naziri Samir Şərifov kənd təsərrüfatıvə ərzaq məhsulları ilə bağlı dövlət rüsumunun artırılmasına münasibət bildirərkənərzaq məhsullarının rüsumunda artım olmadığını deyib: "Hamıya bildirirəmki, heç bir ərzaq məhsulunun rüsumunda bir qəpik də olsun artım yoxdur. Ərzaq məhsullarınınqiymətinə təsir edəcək dövlət rüsumlarında artımı yoxdur. Bu, tamamilə əsasıolmayan uydurmalardır".
Aydın

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır