Samirə Yusifqızı: "İt kimi öləcəksiniz

Samirə Yusifqızı: Samirə Yusifqızı: "İt kimi öləcəksiniz"
"Bir çoxunun üzünə yalandan gülürəm. Həmişə üzümdə təbəssüm olur. Amma ürəyimdəki ürəyimdədir. Onların özünə demədən ürəyimdən silmişəm. Bunu yəqin ki, özləri də hiss edirlər, bilirlər. Çünki 90 faiz insan üzünə gülüb, bir addım o tərəfə aralanan kimi min cür söz danışırlar. Onlardan nə keçəcəyim var, nə də başqa bir şey. Bilsələr ki, onlardan xoşum gəlmir, zəhləm gedir sabah başlayacaqlar ayağımın altını qazımağa. Onsuz da edirlər, bir az da artıq edərlər. Ona görə yalandan yola verirəm"
Bunu Moderator.az-a açıqlamasında müğənni Samirə Yusifqızı bildirib.
O daha sonra sənət yoldaşlarının ölümünə sevinən həmkarlarına səslənib:
"Siz ölməyəcəksiniz ki? Yoxsa qurdla qiyamətə qalmaq istəyirsiniz?! Kimdən artıqsınız? Ölənlərdən?! Heç kimdən artıq deyilsiniz, hamınız öləcəksiniz. Kim-kimə nə arzulayırsa, o bunu görüb həyatdan köçəcək. Tam arxayın olsunlar. Çox ayıb olsun ölümə sevinənlərə! Çünki insan başına nə gələcəksə, onu bilmir. Xoş hallarına ki, sənətçi dostlarımız ev-eşiklərində balalarının yanında abır-həya ilə ölüb getdilər. Heç onlar bilmirlər ki, it kimi öləcəklər, yoxsa nə kimi! İnsan gərək nə qədər mənliyini, şərəfini itirsin ki, kiminsə ölümünə gülsün, sevinsin! Onlara adam deməyə dilim gəlmir. Haram olsun onlara sənət cameəsində tutduqları pillə! İnsanlığa yaraşmaz! Ölənin arxasınca danışmazlar! İnsan ölüb gedib, o, Allahına cavab verəcək. Bəndə kimdir ki, onun arxasınca danışır?! Hamının səhvi, günahı var! Ayıb olsun!"
Samirə Yusifqızı kişi toylarına son illər nadir hallarda dəvət aldığını bildirib:
"Əvvəllər Oqtay Kamillə kişi toylarına daha çox dəvət alırdım. İndi çox azdır. Təsadüf hallarda, demək olar ki, olur. Allah xalqımıza, millətimizə o qədər imkan versin ki, eybi yox, bizi çağırmasalar da, olar. Biz ancaq xeyir iş istəyirik. Mən müğənniyəm, mahnı oxuyuram. Oxuyacağam da. Nə qədər Allah mənə güc veribsə, musiqilərimlə sənətə xidmət edəcəyəm". / oxu.az

Şou Biznes       Tarix: 29 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky


azerbaycan xeberleri son xeberler yeni xeberler hava haqqinda sonxabar son.xeber son xəbərlər