Samos adasında qapalı qaçqın düşərgəsi yaradıldı

Samos adasında qapalı qaçqın düşərgəsi yaradıldıYunanıstanın Samos adasında üç min nəfərə qədər tutumu olan yeni qapalı qaçqın düşərgəsi fəaliyyətə başlayıb.
Publika.az xəbər verir ki, düşərgə tikanlı məftillərlə əhatə olunub və digər yaşayış məntəqələrindən beş kilometr aralıda yerləşir. Yardım təşkilatları Avropa İttifaqının vəsaiti hesabına inşa edilən obyekti tənqid ediblər.
Düşərgənin açılışında danışan Yunanıstanın Miqrasiya və Sığınacaq naziri Notis Mitarakis bildirib ki, vətəndaşlara vəd etdiyi kimi hökumət miqrasiya məsələsinə diqqətlə yanaşır. N.Mitarakisin sözlərinə görə, yeni düşərgədə sakinlər təhlükəsiz şəraitdə yaşayacaqlar. Nazir Yunanıstanın artıq Aİ-yə qanunsuz miqrasiya üçün qapı olmadığını bir daha vurğulayıb. O qeyd edib ki, iki il əvvəl Samosa 10 min 500 nəfər miqrant gəlibsə, bu il bunların sayı yalnız 111 nəfərdir. Yunan mətbuatının yazdığına görə, yeni düşərgə sakinlərinə hər gün 8-20 saat arasında düşərgədən çıxmalarına icazə veriləcək. Bu qayda sığınacaq müraciətləri rədd edilmiş və Aİ ilə Ankara arasındakı razılaşmaya görə yenidən Türkiyəyə göndərilməli olanlara şamil edilmir.
"Sərhədsiz həkimlər" humanitar təşkilatı yeni düşərgəni tənqid edib və bəyanat yayıb. "Hərbi tikanlı məftillərlə əhatə olunmuş və müşahidə sistemləri ilə təchiz edilmiş bir obyektin inşasına milyonlarla avro xərclənib. Bütün bunlar yeganə cinayəti kömək və sabitlik axtarmaq olan adamları tutmaq üçündür. Biz yalnız xəstələrin bu düşərgədə sağ qalması ilə yardım elə bilərik", - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, Samos adası çıxış nəzarəti olan qapalı düşərgəyə sahib ilk yunan adasıdır. Digər oxşar obyektlərin Lesbos və Xios adalarında da inşa edilməsi gözlənilir.

Dünya       Tarix: 22 sentyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün krminal bu gun son xabar cəbhədən son xəbərlər