"Şampan" dövrü bitdi: QHT Agentliyini şantaj edənlər nə istəyir?

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə qarşı aparılan bir kampaniya var və Agentlik hər dəfə müsabiqənin nəticələrini açıqlayanda şiddətli hücumlarla üzləşir. Hər dəfə "nə baş verir" sualı yaranır, xüsusilə QHT sektorundan fərqli olaraq, bu sektorda olmayanlar – ümumi ictimai rəy bu sualın cavabını axtarır. 
Hücumların istinad nöqtəsi olan iddialara nəzər yetirdikdə, elə təsəvvür yaranır ki, agentlik "ədalətsiz" mövqedən çıxış edir, hətta fəaliyyət belə göstərmir. Halbuki, ölkədə həyata keçirilən islahatlar fonunda baş verən dəyişikliyin, yaradılan agentliyin missiyası bu ittihamlar üçün heç bir əsas vermir. Axı bu qurum məhz QHT sektorunda şəffaflığın təmin edilməsi, ədalətin bərpası üçün yaradıldı. 
Əslində bütün baş verənlərin açar nöqtəsi də buradadır və agentliyi müxtəlif iddialar üzərindən ittiham yağışına tutanların kimliyinə nəzər yetirdikdə hər şey aydın olur.
Agentlik bu sektoru "qara bazara" çevirənlərin "bazarını" bağladığı üçün hücuma məruz qalır. Məsələnin mahiyyətində məhz bu dayanır. Sirr deyil ki, əvvəlki dövrdə QHT sektorunu şəbəkələşmiş qruplar varıydı və onlar müxtəlif əlaqələrdən və imtiyazlardan istifadə edərək, dövlət büdcəsindən vətəndaş cəmiyyətinin inkişafına ayrılan vəsaitələri bölüşdürməklə məşğul idilər. Klassik mexanizmdir: qrant müsabiqələrində bəlli şəxslərin layihələri "qalib" elan edilir, daha sonra həmin şəxslər onları "qalib" edənlərə ayrılan vəsaitdən "haqq" ödəyir. Əslində QHT sektoruna dövlət dəstəyi ilə bağlı islahatlara başlanması və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılmasının səbəbi də bu sahəni şəffaflaşdırmaq, mövcud qanunsuzluqları aradan qaldırmaq, vətəndaş cəmiyyəti institutunun inkişafı strategiyasını doğru yerinə yetirmək məqsədi daşıyırdı.
Agentlik fəaliyyətə başlamasından qısa müddət ərzində bununla bağlı ciddi nəticələrə nail olub. Hər dəfə qrant müsabiqəsinin nəticələri göstərir ki, proses getdikcə daha da təkmilləşir, şəffaflaşır. "Şapka" mexanizmi sıradan çıxarılır, layihələrin qiymətləndirilməsi və seçimi tanışlıq və ya digər meyarlarla deyil, qoyulan şərtlərə uyğun həyata keçirilir, vətəndaş cəmiyyətinin inkişafına töhfə verəcək layihələrə daha çox üstünlük verilir.
Artıq eyni adamlar, eyni təşkilatlar bütün müsabiqələrdə "qalib" olmurlar, təqdim edilən layihələrin cəmiyyət və dövlət üçün əhəmiyyəti əsas meyar kimi qiymətləndirilir. Hər müsabiqədə fərqli təşkilatlar və layihələr qalib olur.  Qiymətləndirmə məşhur "şapka" ilə yox, layihənin əhəmiyyəti, cəmiyyətə və dövlətə verəcəyi töhfə əsasında aparılır. 
 Dövlətin bu sektora dəstəyindən bütün QHT-lər yararlanır.
Bütün bunlar Agentliyin QHT sektorunda şəffaflığın, ədalətin təmin edilməsində ciddi yol qət etdiyini deməyə əsas verir. Elə məhz buna görə indi agentlik qarayaxma kampaniyası ilə üzləşir, hər dəfə müsabiqənin nəticələrini açıqlayanda bəlli qruplar tərəfindən ittiham edilir. Səbəb aydındır, çünki şəffaflığın təmin edilməsi bu şəxslərin "şapka dövrü"ndə əldə etdikləri imtiyazdan məhrum olması ilə nəticələnib.
Maraqlı məqam ondan ibarətdir ki, adətən vəsait almış təşkilatlar ya buna görə minnətdarlığını bildirir, ya da susur. İndi isə ortada olanlar və agentliyi tənqid atəşinə tutanlar əsasən qrant almış təşkilatlardır. Siyahıya baxdıqda, aydın görünür ki, bu təşkilatlar 7-9 min arası vəsait alıblar, ancaq agentliyin ədalətsizliyindən, onun rəhbərliyində təmsil olunmuş şəxslərin öz adamlarına qrant ayırmasından, şəbəkələşmədən və s. yazırlar. Bu adamların özləri fəal şəbəkə üzvləridir, vaxtilə öz qohum-əqrabalarını prosesə cəlb etməklə yaxşı vəsait alıblar və özlərinə güzaran qurublar. Agentlik onların fəaliyyət dairəsini daraltdıqca, dövlətin pulunu kimlərinsə yem   yeri olmadığını başa saldıqca, layihədə nəzərdə tutulmuş tədbirlərdən artıq qrantların verilməsinin qarşısını aldıqca, bunlar da əvvəlki imkanlarından məhrum olur və aqressivləşirlər. 
Adi bir fakt. Onlardan biri iddia edir ki, əksər QHT-lərə 6-7 min manat ayrıldığı halda, şura üzvünə 20 min manat ayrılıb. Amma demir ki, 20 min manat ayrılan şura üzvü layihəni böyük məbləğləri nəzərdə tutan xüsusi müsabiqədə alıb. 6-7 min yox, 6-13 min manat arası qrantlar isə kiçik məbləğli müsabiqədə verilib. Fərq aydın görünürmü? Bu, manipulyasiya deyilmi? 
Göründüyü kimi, imtiyazlardan məhrum olunanlar bulanıq suda balıq tutmaqla məşğuldurlar və bunun üçün Agentliyi şantaj etməkdən də çəkinmirlər. "Şampan dövrü"nün xiffətini çəkənlər Agentliyin şəffaflaşdırma fəaliyyətindən narazıdırlar və görünür, şantaj, qarayaxma yolu ilə əvvəlki dövrü qaytara biləcəklərini düşünürlər. 
Onlara iki pis xəbərimiz var: artıq dövr əvvəlki dövr deyil və bütün şantaj, qarayaxma kampaniyası QHT sektorunun şəffaflaşdırılması, vətəndaş cəmiyyətinin inkişafının önünü kəsə bilməyəcək. Digər xəbər də odur ki, bu əməllərin bütün iştirakçıları - icra edənlər də, sifariş verənlər də aydın görünür.   / azxeber.com

Sosial       Tarix: 27 may 2023
f Paylaş

Oxşar xəbərlər

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son görüntülər valyuta mezennesi 2026 en sonxeber xeber saytlari