Samux və Daşkəsəndə reyd keçirildi, COVID-19 xəstələri saxlanıldı
Yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Open.az-a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları İmamzadə-Tatlı istiqamətində hərəkətdə olan "VAZ 2107" avtomobili saxlanıb, yoxlama zamanı koronavirus testinin nəticəsi pozitiv çıxan, izoliyasiya olunaraq ev şəraitində müalicə olunmalı olan, Göyçay rayon sakini Vüsal Babayevin yaşayış yerini tərk edərək Samux rayonuna gəldiyi müəyyən edilib.
V.Babayev hüquqi izah verilərək, ev şəraitində müalicə olunması üçün yaşadığı ünvana geri qaytarlıb.
Daşkəsən RPŞ əməkdaşları da rayon ərazisində karantin rejimi ilə bağlı mütəmadi tədbirlər həyata keçirir. Keçirilən sonuncu belə tədbir zamanı rayon sakinləri Pakizə Məmmədova və Azər Abdullayev koronavirus testlərinin nəticələrinin pozitiv çıxmasını bilə-bilə, özünütəcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə az təmasda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli olduqları halda yaşadığı evi tərk etmələri aşkarlanıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə onlar evə göndərilib, barələrində RPŞ-də araşdırmalar davam etdirilir.


Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı