Samuxda son 28 ildə rekord həddə taxıl yığılıb

Samuxda son 28 ildə rekord həddə taxıl yığılıbSamux rayonunda bu ilin məhsulu üçün 10212,2 hektar sahədə taxıl biçini aparılıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, taxıl biçininin 5836,2 hektarı əhali təsərrüfatlarında, 4876 hektarı isə kənd təsərrüfatı müəssisələrində olub.
Taxıl biçininin 5961,2 hektarı buğda, 4251 hektarı isə arpa sahəsi olub. Sahələrdən 41057,7 ton məhsul yığılıb ki, bu da rayonun yarandığı gündən, yəni 1992-ci ildən bəri ən yüksək göstəricidir. İstehsal olunan taxılın 25752,5 tonu buğda, 15305,2 tonu isə arpadır. Bu il əvvəlki ilə nisbətən 9014,9 ton və ya 28,1 faiz çox taxıl istehsal olunub. Məhsuldarlıq hər hektardan 40,2 sentner olub ki, bu isə əvvəlki ilə nisbətən 20,7 faiz çoxdur.
Qeyd edilib ki, taxıl istehsalının artması son illərdə iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlıdır. Bundan əlavə Şəmkir Maşın Su Kanalının işə düşməsi, mineral və üzvi gübrələrdən, pestisidlərdən düzgün istifadə edilməsi və normal iqlim şəraiti də məhsuldarlığın artmasına müsbət təsir göstərib.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 25 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu

Bank Respublika növbəti sosial mükafata layiq görüldü. Korporativ sosial məsuliyyət istiqamətində həyata keçirdiyi çoxsaylı təşəbbüslərlə cəmiyyətə dəyər yaratmağa davam edən Bank Respublika növbəti dəfə təltifə layiq görülüb

AZAL Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib

Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin 1–16 iyun tarixlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə ümumilikdə 224 reys yerinə yetirib və 47 mindən çox sərnişinin təhlükəsiz daşınmasını təmin edib. Bu dövrdə sözügedən marşru

Bank Respublika "Ümumdünya Qan Donoru Günü" ərəfəsində qanvermə aksiyası keçirdi - FOTOLAR

Bəzən bir neçə dəqiqə vaxt ayırmaq kiminsə həyatına ümid olmaq üçün kifayətdir. "14 iyun - Ümumdünya Qan Donoru Günü" ərəfəsində Bank Respublika əməkdaşları növbəti dəfə belə bir məqsəd naminə bir araya gələrə

Bank Respublika "Ağır ol, qazan!" lombard kredit kampaniyasına start verdi

Həyatda elə məqamlar var ki, ağırlıq üstünlüyə çevrilir. Bəzən bu üstünlük etibar qazandırır, bəzən də əlavə imkanlar yaradır. Bank Respublika-da isə ağırlıq sizə daha çox qazandıracaq. Müştərilərini hər zaman maraqlı v

Neftdən asılılığın azalması davam edir – Yeni göstəricilər açıqlandı

"Neftdən asılılığın azaldılması istiqamətində müsbət göstəricilər qeydə alınıb" . xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasınd

Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Təqaüdünü Birbank-dan alanlara şad xəbər var. Ölkənin ilk rəqəmsal bankı təqaüdçü müştəriləri üçün maliyyə xidmətlərinin əlçatanlığını daha da genişləndirib. Yeniliyə əsasən, təqaüdçülərin kredit əldə etmək üçün mümkün ola

Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır

"2025-ci ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət, müdafiə və təhlükəsizlik çağırışları istiqamətləri ilə uzlaşdırılara

"Azərlotereya" və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR

"Azərlotereya"nın "Media klub" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Bu dəfə jurnalistlər üçün Liv Bona Dea Hospitalında qadın sağlamlığına həsr olunmuş maarifləndirici görüş təşkil edilib. xəbə

FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı

Ölkənin ilk rəqəmsal bankı Birbank və Visa şirkətinin birgə həyata keçirdiyi Birbank-la "FIFA 2026 Final Oyunu" kampaniyasının nəticələri açıqlanıb. Kampaniyanın şərtlərinə tam cavab verən iştirakçı futbol üzr


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər valyuta mezennesi 2026 sonxabar xeber.az