Sarkisyanla Samvelin əcəli çatıb - Görüşün yeni təfərrüatları
"Marriottda Samvel Şahramanyanın iştirakı ilə keçirilən qapalı görüş bəlkə də ilk qorxulu təcrübə idi. Konstruktiv qərarın qəbul edilməməsinin səbəbi də budur. Xatırladaq ki, görüş Suren Petrosyanın təşəbbüsü ilə təşkil olunub və Şahramanyanla yanaşı, görüşdə Ermənistanın ictimai xadimləri, ziyalılar, konstitusiya ekspertləri, hüquqşünaslar iştirak edib".
KONKRET.az xəbər verir ki, görüş qapalı keçirilib və iştirakçılara müzakirənin məzmununu məxfi saxlamaq öhdəliyi verilib. "Hraparak" yazır ki, görüşün xeyli vaxtı Şahramanyanın separatçı qurumun ləğvi ilə bağlı nəticəsiz müzakirələrə sərf olunub. Bəzi konstitusiya ekspertləri-hüquqşünaslar isə peşəkar rəy bildiriblər ki, tək Şahramanyanın qərarı qurum ləğv edilə bilməz.
Buna baxmayaraq, bəzi iştirakçılar təkid ediblər ki, əgər qərar olubsa, onun ləğvi proseduru da tapılmalıdır. Görüşdə o cümlədən bildirilib ki, separatçı qurumun saxta "Konstitusiyası" bu qərarı zidd hesab etməklə ləğv edə bilər.
Görünən odur ki, Serj Sarkisyan və Samvel Şahramanyan odu söndürüb külü ilə oynayırlar. Və yaxud Serjin və Samvelin də əcəli yaxınılaşır deyə revanşist fəaliyyətininin miqyasını genişləndirmək istəyirlər.
Belə çıxır ki, tezliklə DTX Samveli də həbs edib Bakıya gətirməli olacaq.
Natiq Səlim,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ