Şarl Mişel İlham Əliyevə zəng etdi

Şarl Mişel İlham Əliyevə zəng etdiAvropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel martın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında Şarl Mişel 2023-cü il fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşü məmnunluqla xatırlayıb, 2021-ci il dekabrın 14-dən 2022-ci il avqustun 31-dək olan dövr ərzində üçtərəfli formatda keçirilmiş görüşlərdə müzakirə edilmiş müxtəlif məsələlərə toxunub.
Şarl Mişel Avropa İttifaqının regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini deyib. Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər.
Dövlətimizin başçısı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini bildirib.
Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinin təhlükəli və eskalasiyaya yönəlmiş rəsmi açıqlamalarına diqqət çəkib. Dövlətimizin başçısı qeyd edib ki, 2023-cü il martın 20-də Avropa İttifaqı missiyasının yerləşdiyi Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində Ermənistanın növbəti təxribatı zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb və martın 5-də Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin törətdikləri təxribat zamanı 2 hərbi qulluqçumuz şəhid olub.
Azərbaycan Prezidenti vurğulayıb ki, bütün bunlar Ermənistanın apardığı təhlükəli siyasətin nəticəsidir.

Siyasi     Baxılıb: 331   Tarix: 25 mart 2023
f Paylaş

Oxşar xəbərlər

NATO-da Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd edilib

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi tərəfindən NATO-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə bağlı rəsmi qəbul keçirilib. Azərbaycanın NATO yanında Nümayəndəliyində

Aİ Konqo və Ruandaya iqtisadi dəstək göstərməyə hazır olduğunu bəyan edib

Avropa İttifaqı (Aİ) Ruanda və Konqo Demokratik Respublikasına (KDR) iqtisadi və siyasi dəstək göstərməyə hazırdır. xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas bəyan edib. "Konqo və Ruanda arasınd

Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakılıq və işgəncə nəticəsind

Zaxarova Azərbaycana təşəkkür etdi

İyunun 14-dən indiyədək İrandan Azərbaycan, Ermənistan və Türkmənistan vasitəsilə 900-ə yaxın Rusiya vətəndaşı təxliyə edilib. apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəs

Rusiya Xamneinin səhhəti haqda məxfi məlumat toplayır - ŞOK DETALLAR

"Strateji tərəfdaşlıq haqqında sazişə baxmayaraq, Rusiya və İran bir-birləri haqda casus məlumatları toplayır". -a istinadən xəbər verr ki, bunu "The Insider" Federal Təhlükəsizlik Xidmətinin məxfi sənədlərin

Rusiya ilə bağlı ƏZİCİ SANKSİYA - Rubio deyir ki

Rusiya üzərinə sanksiyaların gücləndirilməsi məsələsinə Prezident Donald Trampın vergi və büdcə təşəbbüsü ilə bağlı işlərini yekunlaşdırdıqdan sonra baxacaq. xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildiri

Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində soydaşlarımız qətlə yetirilib, onlarla insan saxlanılıb. Rusiya hüquq-mühafizə orqanları iddia edir ki

Trampdan İranla bağlı ŞOK QƏRAR: ABŞ neft embarqosunu LƏĞV EDİR

ABŞ prezidenti Donald Tramp İranın neft satışına qoyulan qadağaları faktiki olaraq yumşaldıb. O, "Truth Social" platformasında yaydığı açıqlamasında bildirib ki, Çin artıq İrandan neft ala bilər. "Ümid edirə

Putin: "Tramp müdrik və cəsur siyasətçidir"

Rusiya Prezidenti Vladimir Putin keçmiş ABŞ Prezidenti Donald Trampı "müdrik və cəsur siyasətçi" kimi qiymətləndirərək onun Ukrayna ətrafındakı münaqişənin həlli istiqamətində səylərini səmimi adlandırıb. xəbə


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xabar xəbər.az en yeni xeberler xeber.az 2025