Satoşi Nakamotoda neçə BTC var?

Satoşi Nakamotoda neçə BTC var?İnternetdə ilk dəfə bitcoin ilə bağlı məlumat (Bitcoin White Paper) 31 oktyabr 2008-ci ildə yayılsa da real olaraq ilk kriptovalyuta 2009-cu il yanvarın 3-ü (genesis block) yaradlıb. İlk kriptovalyutanın yaradıcısı - Satoşi Nakamoto hesab edilir. Onun kimliyi və bitcoin-in yaradılmasının əsl səbəbi hələ də sirr olaraq qalır. Lakin buna baxmayaraq iddia olunur ki, Satoşi Nakamoto-nu ilk kriptovalyutanın yaradılmasına təşviq edən səbəb 2008-ci il maliyyə böhranı olmuşdur. Bu ehtimalın irəli sürülməsinə əsas səbəb "genesis block"-un heşində The Times nəşrindən olan "Chancellor on brink of second bailout for banks"  adlı başlığının olmasıdır.
Satoşi Nakamoto ilk kriptovalyutanın yaradıcısı olaraq yanvar-iyul 2009-cu il dövrü ərzində 1 milyon bitcoin mayninq edib. Son araşdırmalara əsasən məlum olur ki, Satoşi daha çox bitcoin mayninq edə biləcəyini halda digər maynerlərə "blok tapmaq" imkanı yaratmaq üçün mayninq prosesini bilərəkdən "tormozlaşdırıb". Reallıqda isə Satoşinin nə qədər BTC-yə sahib olduğu hələ də məlum deyil.
Təhlükəsizlik üzrə tədqiqatçı Sergio Demian Lerner 1 yanvar 2009-cu il və 25 yanvar 2010-cu il tarixləri arasında (1-dən 36288-ə qədər bloklar) mayninq edilmiş blokları analiz edərək onlardan hansılarının eyni şəxs tərəfindən mayninq edildiyini müəyyən etməyə çalışmışdı. 2019-cu ilin aprel ayında dərc edilən hesabata əsasən Larener müəyyən edib ki, bir mayninq avadanlığı vasitəsi ilə 22.000 blok (1.1 milyon BTC) mayninq edib. Larner həmin mayninq avadanlığı tərəfindən mayninq edilmiş blokların strukturunu təsvir etmək üçün "Patoshi Pattern" terminini fikirləşib. Bununla da müəyyən edib ki, həmin avadanlıq bitcoin mayninq edən ilk mayner olan - Satoşi Nakamotaya aiddir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 26 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən şad xəbər valyuta mezennesi banklar xeber.az son xeberler xabarlar