"Savaşda Mingəçevirə raketlər atdıq" - Zurabyan

"Azərbaycan enerji sektorunda Qərbin ciddi iqtisadi tərəfdaşıdır".
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan erməni mediasına açıqlamasında deyib.
O bildirib ki, Azərbaycandan neft ixracı xeyli artıb, Avropa enerji resurslarına görə Azərbaycandan 5% asılıdır ki, bu da Bakıya sanksiyaların tətbiqində çox ciddi və mühüm maneədir.
Zurabyanın hesab edir ki, hazırda əsas problem İsraildir:
"Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsinin memarı İsraildir. 2016-2020-ci illərdə Azərbaycan aldığı silahların 70%-ni İsraildən idxal edib. Ən müasir silahlarla Bakıya Təl-Əvivdən ümumilikdə 92 uçuş həyata keçirilib.
İsrail Dəmir Qübbə sistemini yalnız Azərbaycana verib, başqa heç kimə. Niyə? Çünki bu sistem Mingəçeviri zərbələrdən qorumalı idi – necə ki, 44 günlük savaşda Mingəçevirə endirilən zərbələr hədəfə çatmadı (havada vuruldu – red.).
Bundan əlavə, İsrail PUA-ları, Ermənistanın dəqiq rəqəmsal xəritələrini və yüksək dəqiqlikli "Laura" raketlərini Azərbaycana verib. Yəni Azərbaycanın qələbəsini təmin edəcək yardımlar edib. 19 sentyabrdan əvvəlki (lokal antiterror tədbirlərindən öncə – red.) bir ayda Bakı yenə İsraildən silah alıb".
Onun fikrincə, İsrailin Azərbaycana bu cür dəstəyinin səbəbi yalnız İrana qonşu olması deyil, İranda çoxmilyonlu azərbaycanlı əhalinin yaşamasıdır:
"Qərb uzun müddətdir ki, azərbaycanlı separatizmi ilə İranı daxildən parçalamağa çalışır".
O qeyd edib ki, bu gün iki düşərgə formalaşıb: Qərbin rəhbərlik etdiyi köhnə hegemonlar və Çin, İran, Rusiya və digər ölkələrin təmsil etdiyi yeni hegemonlar.
Onun iddiasına görə, İranla mümkün qarşıdurmada Azərbaycan Qərbin tərəfdaşıdır və buna görə də Qərb Azərbaycanı zəiflətmək üçün heç bir addım atmayacaq:
"Qərb (Ermənistana – red.) bəyanatlar və humanitar yardım göstərmək baxımından addımlar atacaq, lakin bu, Azərbaycanın Zəngəzura təcavüzünün qarşısını almaq üçün Paşinyanın gözlədiyi olmayacaq.
Qərbin hərbi bazalarının Ermənistanda yerləşdirilməsi təhlükəsizliyin təminatı ola bilərdi, lakin bu baş verməyəcək, çünki onların özlərində Ukraynaya yardım göstərməklə bağlı problemlər var, silahların bir hissəsi artıq İsrailə göndərilir.
Ona görə də İrəvana heç bir düşərgə ilə körpüləri yandırmağa ehtiyac yoxdur, çünki kimin qalib gələcəyi bəlli deyil və bəlkə də indi qarşı olduğunuz düşərgə ilə hələ də münasibət qurmalı olacaqsınız.
Bu gün ölkənin güvənsizliyi və iki düşərgənin qarşıdurması şəraitində bir düşərgə tərəfinə keçib, digər düşərgə istiqamətinə tüpürməsi təəccüb doğurur. Paşinyanın etdiyi də məhz budur.
İndiki şəraitdə balansı qorumaq və Rusiya ilə Qərb arasında birləşdirici körpüyə çevrilmək vacibdir"./Axar.az

Siyasi       Tarix: 21 oktyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia


azerbaycan xeberleri son xeberler yeni xeberler xabarlar enson xeberler xeberler azerbaycan sou xeberler