Şavkat Mirziyoyev: 'İqtisadiyyat, siyasət vacibdir, lakin bizi birləşdirən əsas dəyər mədəniyyətdir
"İqtisadiyyat, siyasət vacibdir, lakin bizi birləşdirən əsas dəyər mədəniyyətdir".
azxeber.com xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə təşkil etdiyi qəbulda deyib.
Şavkat Mirziyoyev bildirib:
"Biz ilk gündən qardaşım İlham Heydər oğlu ilə xeyli məsələləri reallaşdırmaq, birliyimiz, həmrəyliyimiz, ən əsası dinc yaşayışımız, firavanlığımızla bağlı çox fikir mübadiləsi apardıq və qərarlar qəbul etdik. Gələcək əməkdaşlığımızla bağlı böyük planları müzakirə etdik. Mən bir məsələni sizlərə bildirmək istəyirəm ki, iqtisadiyyat, siyasət vacibdir, lakin bizi birləşdirən əsas dəyər mədəniyyətdir. Düşünürəm ki, bizləri birləşdirən möhkəm vasitə mədəniyyətdir. Biz razılaşdıq ki, heç olmasa üç aydan bir qarşılıqlı səfərlər reallaşdıraq, gediş-gəlişi artıraraq mədəni birliyimizi yeni müstəviyə qaldıraq.
Cari ilin noyabrında Səmərqənd şəhərində keçiriləcək görüşümüz zamanı orkestrimizin iştirakı ilə muğam və makom sənətinə dair Füzuli, Nəvai şeirləri əsasında birgə konsert təşkil etmək necə də gözəl olar. Düşünürəm ki, Siz buna bir ay hazırlaşsanız, nə qədər yüksək nəticə əldə edə bilərsiniz. Heç bir niyyətimiz, amalımız mədəniyyətsiz, mədəniyyətlə təmasda olmadan reallaşa bilməz.
Özbəkistanın paytaxtı Daşkənd öz yerində, Xivədə, Xarəzm vilayətində, uzaq bir diyarımızda qardaşım üçün bu konserti hazırlayan orkestrimizə minnətdarlığımı bildirirəm. Mədəniyyət nazirimiz bu orkestri təşkil etdi və mən bunun üçün onun xidmətini qiymətləndirirəm".

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?