Saxta polkovnik türkiyəli rəsmiləri necə aldadıb? - Bələdiyyə başqanından AÇIQLAMA

Saxta polkovnik türkiyəli rəsmiləri necə aldadıb? - Bələdiyyə başqanından AÇIQLAMAXəbər verildiyi kimi bir neçə həftə əvvəl dələduz, barəsində müxtəlif dələduzluq əməllərinə görə axtarış elan edilmiş Rasim Əhmədli adlı Azərbaycan vətəndaşı özünü "FHN polkovniki" kimi təqdim edərək Türkiyənin Marmaris Bələdiyyəsinin başqanı Mehmet Oktayla görüşüb. Ona hətta FHN rəhbəri Kəmaləddin Heydərovun adından hədiyyə də təqdim edib. O, görüş zamanı özünü ötən ilin iyulunda Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində iştirak edən  FHN yanğınsöndürənlərinin komandiri kimi tanıdıb. Lakin bu xəbər Türkiyə KİV-lərində yayılandan sonra FHN açıqlama yayaraq bildirmişdi ki, həmin şəxsin nazirliyə aidiyyatı yoxdur, o sadəcə olaraq dələduzdur və FHN-nin adından istifadə edib.
Saxta polkovnik türkiyəli rəsmiləri necə aldadıb? - Bələdiyyə başqanından AÇIQLAMAMehmet Oktay azərbaycanlı dələduzla
Məlum olub ki, Rasim Əhmədli əslində Azərbaycanda hüquq-mühafizə orqanlarından yayınır və Türkiyədə kababxanalardan birində işləyir. Bu əhvalata Türkiyə mediası ötən gün yenidən qayıdıb, Rasim Əhmədlinin Marmaris Bələdiyyəsinin CHP-dən olan başqanını necə aldatdığını yazıb. Baş verənləri "Yeni Şafak" qəzeti "komediya filmlərini xatırladan hadisə" adlandırıb.
KONKRET.az xəbər verir ki, bələdiyyə başqanı Mehmet Oktay isə bu görüşün necə baş tutduğunu Odatv.com-a danışıb.
"Köməkçilərimlə əlaqə saxlayıb. Dostlarımız da araşdırıb, Bursa Böyükşehər Bələdiyyə başqanının onunla birlikdə çəkilmiş foto və videolarını paylaşdığını görüblər.  Hətta Bursa  Yanğınsöndürmə İdarəsinin rəisinin də açıqlamaları olub. "Azərbaycanlı polkovnik" fotosunu görəndə bu səbəbdən görüş veriblər. Mənim yanıma gələndə kiçik hədiyyə, plaket verdi. Bu xəbərlər çıxanda Azərbaycan səfirliyi ilə əlaqə saxladıq, vəziyyəti izah etdik və şikayətimizi bildirdik. Amma o adamın bizdən hansısa mənfəəti olmadı", – o bildirib.
Saxta polkovnik türkiyəli rəsmiləri necə aldadıb? - Bələdiyyə başqanından AÇIQLAMABu, həmin dələduzdur…
Mehmet Oktay deyib ki, bələdiyyə başqanının digər qonaqları kimi həmin saxta "polkovnik"ə də kiçik hədiyyələr verdik:
"Plaket isə vermədik".
Məlum olub ki, Rasim Əhmədlinin daha əvvəl Bursa bələdiyyəsinin başqanı ilə görüşünə dair bu vilayətin yerli mediasında xəbərlə çıxıb. Həmin xəbərdə deyilirdi: "Türkiyəyə gələn Azərbaycan yanğınsöndürənlərinin komandiri, polkovnik Rasim Əhməd Böyükşəhər Bələdiyyə Başqanı Alinur Aktaşı ziyarət etdi. Yanğınsöndürmə İdarəsinin şöbə müdiri Abdülkadir Albayrakın da yer aldığı ziyarət səmimi ortamda keçdi, Qarabağ savaşı və Türkiyədə yanğınların söndürülməsi barədə danışıldı".
Saxta polkovnik türkiyəli rəsmiləri necə aldadıb? - Bələdiyyə başqanından AÇIQLAMADələduz Bursa bələdiyyəsində
Bursa bələdiyyəsinin AKP-dən olan başqanı Alinur Aktaş həmin görüşdə Rasim Əhmədliyə ipək parça üzərində çəkilmiş rəsm əsəri hədiyyə edib.
Qeyd edək ki, həmin şəxs Azərbaycanda da özünü "1-ci Qarabağ müharibəsinin qazisi" kimi təqdim edib, çoxsaylı adamları aldadıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev onun barəsində belə deyib: "Dələduzlara xas olan bütün ritual qaydalara da ciddi əməl edib. Saxta polkovnik Rasim Əhmədli əvvəllər də Cinayət Məcəlləsinin 178 (dələduzluq), 221 (Xuliqanlıq) 29.120 (qəsdən adam öldürməyə cəhd) maddələri ilə məhkum olunub. Ötən ilin noyabrında dələduzluq əməlinə görə beynəlxalq axtarışa verilib. Saxlanılması üçün müvafiq tədbirlər görülür"./virtualaz/

Hadisə       Tarix: 31 yanvar 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ata ona yeni ayaqqabı alması ilə bağlı irad bildirən qızını döydü

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Nağı Kərəmovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. . -a istinadə

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub. xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Piyadanın vəziyyəti ağır qiymətləndirilir. Hadis

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Milyarderin oğlu dayanacaqda öldürüldü – FOTO

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. -a istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Xaçmazda ağır qəza: ölən var

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb. xəbər verir ki, Rahim Rasim oğlu Nəsirovun idarə etdiyi "Şevrolet Kruz" markalı avtomobillə piyada Məhərrəm Şirnəli oğlu Baxışovu vurub. Nəticədə piyada hadisə yerind

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası – 1969-cu il təvəllüdlü Səadə


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler xeber az cəbhədən xəbər en son xəbərlər bugün