Şaxtalı və qarlı hava kənd təsərrüfatına necə təsir edəcək? – Ekspert ŞƏRH ETDİ
Bu il qış və yaz fəsilləri sanki yerini dəyişdi. Fevral ayında havalar çox mülayim və hətta isti keçdi. Lakin mart ayının ilk həftələrindən şaxtalar başladı. Bir neçə gündür ki, bölgələrimizə qar yağır. Qarın yağması əslində hər kəsi sevindirir. Lakin qarın mənfi təsir etdiyi sahələr də var. Məsələn, fermerlər martda yağan qardan narahatlıq keçirir.
Bəs görəsən, son günlər müşahidə olunan şaxtalı və qarlı hava şəraiti kənd təsərrüfatına necə təsir edəcək?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını aqrar məsələlər üzrə ekspert Altay İsmayılov cavablandırıb.
O bildirib ki, mart ayında hava şəraiti mövsüm normalarından bir qədər soyuq keçir:
"Şaxtalı və soyuq havaların uzun müddət davam edəcəyi gözlənilmir. Şaxtalı hava hələlik yalnız dağlıq zonalarda müşahidə olunur. Digər zonalarda isə soyuq hava şəraiti hökm sürür. Belə havalar adətən əkin-biçinin bir qədər gecikməsinə səbəb ola bilər. Mart ayının ilk həftəsində havalar nisbətən mülayim keçdi. Bu mənada isti havalarda oyanmış meyvə-tərəvəzin məhsuldarlığı azala bilər. Lakin hələlik bu barədə ciddi proqnoz vermək olmaz.
Məsələn, bütün regionlarımıza qar yağsaydı və kəskin şaxta olsaydı, bu barədə narahat olmaq olardı. Həmçinin, şaxtalı hava şəraiti apreldə müşahidə olunsaydı, məhsuldarlığa daha çox mənfi təsir göstərərdi. İndi yağan qarın kənd təsərrüfatı məhsullarının qıtlığına səbəb olacağını düşünmürəm".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var