Səddam Hüseynin həbsindən ŞOK FAKTLAR açıqlandı - VİDEO

Səddam Hüseynin həbsindən ŞOK FAKTLAR açıqlandı - VİDEOBu gün İraqın keçmiş prezidenti Səddam Hüseynin edamının 15-ci ildönümü qeyd olunur.
Təhlükəsizliyini qorumaq üçün adının açıqlanmasını istəməyən amerikalılarla əməkdaşlıq edən iraqlı tərcüməçi Səddam Hüseynin həbsindən şok faktlar açıqlayıb.
KONKRET.az RİA Novosti-yə istinadla xəbər verir ki, tərcüməçi İraqın keçmiş prezidenti Səddam Hüseynin həbsi zamanı Amerika hərbçilərinin hansısa yuxugətirici toz şəklində dərmandan istifadə etdiyini və Hüseynin şəxsi əşyalarının əhəmiyyətli bir hissəsi oğurladıqlarını deyib.
ABŞ İraqa müdaxiləsindən sonra ölkədə mövcudluğu təsdiqini tapmayan kütləvi qırğın silahlarının axtarışı bəhanəsi ilə Hüseyni axtarmağa başlayıb.
Tərcüməçinin sözlərinə görə, o, Hüseynin saxlanılması əməliyyatını həyata keçirən amerikalı hərbçilərin yanında olub. O xatırladıb ki, ABŞ Hüseynin yeri barədə məlumat verənlərə mükafat olaraq bir neçə milyon dollar vəd edib.
"Mən işə başlayandan təxminən səkkiz ay sonra onlar Səddam Hüseynin Səlahəddin əyalətinin Ed-Dur bölgəsində gizləndiyi yer haqqında, əlbəttə ki, heç kimin bilmədiyi, tamamilə məxfi məlumat aldılar. Bu yer fermada yerləşirdi, sözün əsl mənasında Dəclədən bir neçə metr aralıda, 50 metr məsafədə və ya daha da yaxında, El-Maabar bölgəsində", – tərcüməçi deyib.
Onun sözlərinə görə, S.Hüseynin olduğu gizli yeri onun mühafizəçilərindən birinin qohumu xəbər verib, sonra bu məlumat prezidentə yemək aparan mühafizəçini izləyərək yoxlanılıb.
"Heç kim bilmirdi ki, bu, prezidentin mühafizəçisidir, amma Amerika hərbçilərinin şübhələrinə bu adamın bazarlarda ən yaxşı malları, müəyyən markaların mallarını alması səbəb olub. Bu adamın hərəkətləri şübhə doğurub, nəticədə hər şey aydın olub", – o bildirib.
Əraziyə Amerika xüsusi təyinatlılarının bir hissəsi göndərilib, eyni zamanda desantlar enib. Tərcüməçinin özü isə qaz maskası taxmadığından ona yaxınlaşmağa icazə verilməyib.
"Oradan bir neçə nəfər çıxarıldı. Onları çıxarandan sonra soruşdum ki, kimdir onlar… Mənim zabitim dedi ki, bu, prezident Səddam Hüseyndir və onu saxlamaq üçün göndərilən xüsusi təyinatlılardır. Hətta bizə ona yaxınlaşmağı da qadağan etdilər", – o deyib.
Əleyhqaz ona görə lazım idi ki, həm içəri, həm də bütün fermaya, bütün əraziyə yuxuladıcı qaz buraxılmışdı.
Hüseyn vertolyotla təxliyyə edildikdən sonra tərcüməçi onun yaşadığı otağa baxış keçirə bilib: eni 3,5 metr, uzunluğu isə təxminən 4 metr olan otaq idi, orada iki çarpayı olub.
"Orada iki cüt ortopedik ayaqqabı, bahalı paltarlar, ətir və şəxsi əşyalar – prezidentin qol saatı, ailəsinin bir neçə fotoşəkili, boş lentli maqnitofon və prezidentin səs yazıları var idi. Qiymətli əşyalar, onun şəxsi əşyaları, revolver var idi", – mənbə bildirib.
"Səddam Hüseynin şəxsi əşyalarının əksəriyyəti – ayaqqabılar, saatlar, paltarlar və hətta yeməklər oğurlanıb. Hərbçilərin bəziləri bunu xatirə kimi götürüblər", – tərcüməçi əlavə edib.
Səddam Hüseyni həbs edən dəstənin əsgərləri oradan milyonlarla dollar olan 17 qutu aparıblar.
"Orada içərisində  dollar olan 17 olduqca böyük qutu və çoxlu qızıl-bəzək əşyaları var idi. Hamısını Amerika hərbçiləri götürdülər", –tərcüməçi bildirib
Qeyd edək ki, həmin milyonlarla dollar olan 17 qutu və qızıllar barədə heç kim heç nə danışmır, hara aparıldığı məlum deyil, ancaq bir şey aydındır ki, ABŞ hərbçiləri oradan aparıblar.
O, qeyd edib ki, təsərrüfatda əməliyyatdan sonra hər yer və hər şey – portağal ağacının tingləri, tutuquşular, iribuynuzlu mal-qara, sahibsiz itlər bir növ ağ maddə ilə örtülüb və heyvanların hamısı ölüb.
"Hərbçilər hadisə yerinə gələndə toz artıq ağacların yarpaqlarında idi. Hava soyuq idi, həmin toz daha 2-3 gün qaldı və sonra yoxa çıxdı", – deyə tərcüməçi bildirib.
Xatırladaq ki, Səddam Hüseyn 2006-cı ildə edam olunub. Rusiyanın İraqdakı keçmiş səfiri Vladimir Titorenko bildirib ki, ABŞ-ın yaratdığı İraqın keçid hökumətinin eks-prezident Səddam Hüseynin məhkəməsini keçirmək hüququ olmayıb.
Xuraman Etibarlı,
KONKRET.az

Hadisə       Tarix: 30 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobili idarəetmədə

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası – 1969-cu il təvəllüdlü Səadə

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler xeber az cəbhədən xəbər en son xəbərlər bugün