BDU-da nə dəyişəcək? - Kadr islahatı, imtahan sistemi…

BDU-da nə dəyişəcək? - Kadr islahatı, imtahan sistemi…Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin ilk addımlarından biri imtahan sistemini dəyişdirmək olacaq.
azxeber.com xəbər verir ki, bunu Modern.az-a açıqlamasında təhsil ekspert Ramin Nurəliyev bildirib.
O qeyd edib ki, universitetdə kadr dəyişikliklərinin davam edəcək.
"Prezidentin müvafiq sərəncamına uyğun olaraq, Məleykə Abbaszadə artıq Bakı Dövlət Universitetinin rəhbəri təyin olundu. Bakı Dövlət Universitetində təqdimat mərasimindən sonra prorektor dəyişdirildi. Mən düşünürəm ki, daha bir neçə kadr dəyişikliyinə gediləcək və gedilməlidir də. Çünki Bakı Dövlət Universiteti çox böyük ali təhsil ocağıdır.
Bakı Dövlət Universiteti Azərbaycanın köklü ali təhsil ocaqlarındandır. Universitet həm tələbə kontingenti, həm də müəllim sayı baxımından çox böyük potensiala malikdir. Bu universitetin adının bəzi hallarda korrupsiya ilə bağlı hallanması, vətəndaş olaraq məni çox kədərləndirir. Düşünürəm ki, bu, orada təhsil alanları və valideynləri də müəyyən qədər incidən, narahat edən məqamlardan biridir".
Nurəliyev hesab edir ki, Abbaszadə BDU-da korrupsiya ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün öncə imtahan sistemini yeniləməyə və qiymətləndirmədə şəffaflığı artırmağa çalışacaq.
"İllər ərzində digər universitetlərdə bu korrupsiya hallarına son qoyulmasına baxmayaraq, Bakı Dövlət Universitetində onların hələ də davam etdiyi qeyd olunurdu. Düşünürəm ki, Məleykə xanımın ora gəlməsi bu hala tamamilə son qoyacaq. Çünki Məleykə xanımın adının keçdiyi yerdə korrupsiyadan söhbət gedə bilməz. Məleykə xanım bu zamana qədər Dövlət İmtahan Mərkəzində şəffaflığı, dürüstlüyü, doğruluğu və obyektivliyi ilə seçilən bir kadr olub".
Ekspert yeni rektorun Dövlət İmtahan Mərkəzindəki təcrübəsinə əsaslanaraq BDU-da müasir imtahan modeli tətbiq edəcəyini gözləyir.
"Hesab edirəm ki, imtahan modelinin dəyişdirilməsi mütləqdir. Müasir və şəffaf imtahan modeli tətbiq olunmalıdır. Məleykə xanım Dövlət İmtahan Mərkəzindən gəldiyi üçün düşünürəm ki, müasir və şəffaf imtahan modelinin tətbiqinə səy göstərəcək. Mən elə hesab edirəm ki, ilk növbədə bu dəyişikliyi həyata keçirməyə çalışacaq".
Nurəliyev yeni rəhbərliyin korrupsiya ilə bağlı adı hallanan müəllimlərə münasibətindən də danışıb.
"Bakı Dövlət Universitetində də artıq korrupsiya işıqlarının söndüyünə əmin ola bilərik. Yəni mən bunu sizə rahatlıqla deyə bilərəm. Orada fəaliyyət göstərən, bu zamana qədər bəlkə də korrupsiya ilə məşğul olmuş, adları korrupsiya ilə hallanmış müəllimlər, istər gizli olsun, istər açıq, fərqi yoxdur, artıq təşvişə düşüblər. Bundan sonra Məleykə xanımın rəhbər olduğu yerdə bu cür cəhdlərin olmayacağına əminəm.
Bilirlər ki, Məleykə xanım bu cür halları qətiyyən bağışlamır. Ona görə də Məleykə xanımın adının olduğu yerdə korrupsiya, demək olar ki, sıfırlanmış olacaq. Bunu çox rahatlıqla deyə bilərəm və ümidvaram ki, belə də olacaq".
Təhsil eksperti BDU-nun elmi potensialını vurğulayıb və bəzi kafedraların gəncləşdirilməsini vacib sayıb.
"Düşünürəm ki, kadr dəyişiklikləri davam etdiriləcək və etdirilməlidir də. Çünki Bakı Dövlət Universiteti çox böyük universitetdir, müəllim kontingenti çox genişdir və bəzi kafedraların gəncləşməsinə ehtiyac var.
Bəzi kafedralar gəncləşməlidir. Baxın, Bakı Dövlət Universiteti hər il beynəlxalq reytinq siyahılarında, xüsusilə də QS reytinqində yüksək yerlərlə təmsil olunub. Çünki Bakı Dövlət Universitetində, həqiqətən də, çox savadlı professor-müəllim heyəti var. Həm tədqiqat, həm də beynəlxalq məqalələr və araşdırmalar baxımından çox böyük potensial var. Sadəcə, universitetdə yaxşı idarəetmə yox idi və ona görə də müəyyən problemlər yaranırdı".
Nurəliyev ixtisas seçimi zamanı bəzi abituriyentlərin BDU-ya üstünlük vermədiyini müşahidə etdiyini deyib.
"Yəni Bakı Dövlət Universiteti beynəlxalq reytinqlərdə yüksək mövqeyi ilə tanınmasına rəğmən, ölkə ictimaiyyətinin gözündə korrupsiya halları və ya tədrisin yaxşı aparılmaması ilə bağlı fikirlərə görə daha aşağı mövqedə görünürdü. Universitetin adı xoş hallanmırdı. Məsələn, ixtisas seçimi mərhələsində abituriyentlərə Bakı Dövlət Universitetini təklif edəndə, bəzi ixtisaslar istisna olmaqla, onlar bu universiteti seçməkdən daha çox yayınmağa çalışırdılar.
Halbuki Bakı Dövlət Universitetinin adı belə hər şeyə dəyər. Düşünürəm ki, Məleykə xanım ora gələndən sonra Bakı Dövlət Universiteti köklü universitet kimi öz mövqeyini göstərəcək. Hesab edirəm ki, qısa müddətdə Bakı Dövlət Universiteti sevimli universitetlər sırasına qayıdacaq. Bəzi qeyri-leqal yanaşmalar tamamilə aradan qaldırıldıqdan sonra universitetin sürətli inkişafının davam edəcəyini düşünürəm. Məleykə xanımın Bakı Dövlət Universitetini işıqlı, parlayan və yüksələn bir universitetə çevirəcəyinə inanıram".
Ekspert rektorun kafedralardakı problemlərlə bağlı da tədbir görəcəyini gözlədiyini bildirib.
"Kafedralarda da müəyyən dəyişikliklər edəcəyinə ümidvaram. Çünki, həqiqətən də, bəzi kafedralarda müəyyən problemlər var. Məleykə xanım yəqin ki, bunları qısa müddətdə müəyyən edib və lazımi tədbirləri görəcək".

Sosial       Tarix: 21 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Sosial şəbəkələrin cəmiyyətə təsiri: media necə davranmalıdır?

Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli "Baku TV"nin efirində yayımlanan "Aktual Gündəm" verilişinin qonağı olub. xəbər verir ki, sosial şəbəkələr, onların cəmiyyətə və media sektoruna təsir

Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə

Azərbaycanın kosmik xidmətlərinin ixracından əldə olunan gəlir 2026-cı ilin ilk səkkiz ayında 17,4 milyon dollar təşkil edib. xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib. O bildiri

Sahibkarlar üçün yeni güzəşt təklif edildi – Nələr dəyişəcək?

Milli Məclisin plenar iclasında çıxış edən deputat Zahid Oruc kənd təsərrüfatı, sənaye parkları, texnologiya və digər strateji sahələrə tətbiq olunan vergi güzəştlərinin ölkədə iqtisadi inkişafı stimullaşdırdığını bildirib

Sabirabadda qaçırılan azyaşlı qız tapıldı

Sabirabadda qaçırılan azyaşlı qız tapılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis əməkdaşları onların kənd ərazisində gizləndikləri yeri müəyyən ediblər. 2011-ci il təvəllüdlü qız və 2009-cu il təvəllüdl

Bakıda İLK: Sürücüləri və sərnişinləri nə gözləyir?

Son illər Bakıda ictimai nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi və avtobusların xüsusi zolaqlarla hərəkətinin təmin edilməsi istiqamətində bir sıra addımlar atılır. Bu çərçivədə paytaxtda ilk dəfə avtobuslar üçün xüsus

İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat

Sumqayıt Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva vəzifəsindən azad edilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmr imzalayıb. O, direktorun başqa bi

Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti artıq ödənilmiş vergilərin geri qaytarılması prosesini sadələşdirib. xəbər verir ki, bu barədə qurum məlumat yayıbş. Məlumata görə, vergi ödəyicilərinə göstərilən xidmətləri

Bu qızıl yataqları Azərbaycan hökumətinə qaytarılır

Azərbaycanda qızıl və mis hasil edən "Anglo Asian Mining" şirkəti Qoşa və Ordubad müqavilə sahələri üzrə hasilat hüquqlarının müddətinin uzadılması üçün müraciət etməyəcək. Hər iki müqavilə sahəsi Azərbaycan hökumətin

ƏHALİYƏ MÜJDƏ: Orta aylıq pensiya 56 manat artdı

Azərbaycanda orta aylıq pensiya bir il ərzində təxminən 56 manat artaraq 595,8 manata çatıb. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, oktyabrın 1-nə olan məlumata görə, orta pensiya ötən ilin eyni dövrü ilə müqayisəd


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xeber son xeber gunun xeberleri cəbhədən son məlumatlar