"Sədərək"də mağazası yanan sahibkar: "Sığortamız yoxdur" - VİDEO
"Sədərək"də mağazası yanan sahibkar: "Sığortamız yoxdur" - VİDEO
Bu gün "Sədərək" ticarət mərkəzində baş verən yanğın zamanı 60 mağazaya ziyan dəyib.
Oxu.Az xəbər verir ki, hadisə zamanı zərər görən mağaza sahiblərindən biri sığortalarının olmadığını bildirib:
"Nə sığorta? Bazarda sığorta var? Ancaq yer pulu veririk".
Mağaza sahibləri deyir ki, yanğın ilk olaraq dəri satılan mağazadan başlayıb, sonra parça satılan mağazaya keçib.
"300-400 top parça olan mağaza yanıb. Parçaların bir topu 150-200 manatdır. Ən az dəyən zərər 100 min manatdır".
Qeyd edək ki, yanğın 900-1000 kvadratmetr ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğın söndürülüb.
Könül Cəfərli /oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb