Səfir: 'Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən vacib ticarət tərəfdaşıdır

Səfir: 'Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən vacib ticarət tərəfdaşıdır"Əfqanıstandan təxliyə uçuşlarının həlledici günlərində Azərbaycanın Almaniyanın hərbi uçuşlarına göstərdiyi böyük dəstəyi heç vaxt unutmayacağıq".
APA-nın xəbərinə görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Alman Birliyi Günü ilə bağlı müraciətində deyib.
Səfir bildirib ki, növbəti il Azərbaycan və Almaniya arasında diplomatik əlaqələrin yaranmasından 30 il ötür. Azərbaycan müstəqillik qazandıqdan sonra almanlar və azərbaycanlılar uzun tarixi əlaqələrini rəsmiləşdirmək fürsəti əldə ediblər. "30 il əvvəl,1992 -ci il fevralın 20-də Almaniya Federativ Respublikası və Azərbaycan Respublikası qarşılıqlı diplomatik əlaqələr qurmaq barədə razılığa gəldilər.
Hər iki ölkənin taleyində ortaq məqamlar var. Avropanı qırx ildən artıq bir müddətdə parçalayan dəmir pərdə nəhayət düşdüı. Gələcəkdə hər iki ölkə müttəfiqlik edəcək ittifaqları, öz müttəfiqlərini sərbəst və tam suveren şəkildə seçdi. Almaniya və Azərbaycan Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramındadırlar. Hər iki ölkə Avropa Şurasının üzvüdür. Təhlükəsizlik siyasəti çərçivəsində NATO -nun "Sülh naminə ortaqlığı"nda əməkdaşlıq edirik. Bir neçə həftə əvvəl Əfqanıstandan təxliyə uçuşlarının həlledici günlərində Azərbaycanın Almaniyanın hərbi uçuşlarına göstərdiyi böyük dəstəyi heç vaxt unutmayacağıq.
Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən vacib ticarət tərəfdaşıdır. Gələcəkdə də, bərpa olunan enerji mənbələri əhəmiyyət qazandıqca, ölkələrimiz dayanıqlı enerji siyasəti üçün sıx əməkdaşlıq edəcək", -deyə diplomat bildirib.
O vurğulayıb ki, Azərbaycan və Almaniya arasındakı əlaqələrin dərin kökləri var. "200 il əvvəl indiki Göygöl və Şəmkir bölgəsinə gələn almanlar Azərbaycanda almanların davamlı varlığının əsasını qoydular. Azərbaycanın bu alman mədəni irsini qorumaq səylərini çox yüksək qiymətləndiririk. Bu irsin davamı olaraq bu gün 50 mindən çox azərbaycanlının alman dilini öyrəndiyini görmək məni çox sevindirir. Almaniya universitetləri gənc azərbaycanlılar arasında yüksək nüfuza malikdir. Azərbaycana səfər edən və buradakı insanlarla tanış olan almanlar da böyük minnətdarlıqlarını ifadə edirlər. Bir neçə həftə əvvəl Almaniyadan 15 DAAD təqaüdçüsü Azərbaycanda keçirilən yay məktəbində iştirak etdi. Hamısı, gözlədiklərindən çox böyük təəssürat əldə etdiklərini, Azərbaycan, buranın insanları, Bakı şəhəri haqqında yekdilliklə çox müsbət fikirlərini ifadə etdilər", o qeyd edib.
Səfir Maniq bildirib ki, son bir ildə həm Almaniyada, həm də Azərbaycanda əhəmiyyətli hadisələr baş verib.
"Bu yaxınlarda Almaniya Federativ Respublikasında Almaniya Bundestaqına seçkilər keçirildi. Yeni hökumət başçısının kim olacağını hələ bilmirik. Federal Prezident Frank Valter Şteynmeyerə istinad edərək sizi əmin edə bilərəm ki, Almaniyanın xarici siyasəti bundan sonra da çoxtərəflilik, demokratikləşmə və insan haqları üzərində dayanacaq. Biz qayda- qanunlara əsaslanan dünya nizamı üzərində əməkdaşlığa davam edəcək və bunu təmin edən qurumlara, məsələn, Birləşmiş Millətlər Təşkilatı, ATƏT və Avropa Şurasına etibar edəcəyik".
Son bir ildə Azərbaycandakı dəyişikliklərlə bağlı səfir Maniq deyib ki, ötən ilin noyabrın 10-da Azərbaycan üçtərəfli saziş imzalayıb. "Biz hərbi əməliyyatların bitməsini alqışlayırıq. Sənəddə əks olunan qarşılıqlı öhdəliklər də vacibdir: işğal olunmuş ərazilərin qaytarılması, bütün köçkünlərin geri qayıtması və əlaqələrin yenidən qurulması. Üçtərəfli işçi qruplarının yaradılmasının razılaşdırıldığı 2021-ci il 11 yanvar bəyannaməsi bir araya gəlmək və etimad tədbirləri haqqında fikir mübadiləsi aparmaq imkanı təqdim edir.
Almaniya barışıq istiqamətində bütün addımları dəstəkləmək öhdəliyini davam etdirəcək. Bizim tariximiz göstərir ki, bunun üçün zaman və güvən lazımdır. Hər bir tərəfin öz pis davranış və əməllərini vicdanla təhlil etməsi, Cənubi Qafqazdakı bütün insanların gələcəkdə faydalanacağı bir perspektiv təqdim edə bilər", -deyə alman diplomat əlavə edib.

Siyasi       Tarix: 02 oktyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Bob Bləkmənlə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 13-də Britaniya Parlamentinin üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələ

Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi istintaq olunub. Baş Prokurorluğun Mətbuat xidmətindən -a bildirilib ki, eks-bələdiyyə sədri Musayev Orxan Elxan oğlu yarım milyondan çox mənimsəməd

Knesset həmin layihə üzrə səsverməni dayandırdı

İsrail parlamenti (Knesset) qondarma "erməni soyqırımı"nın tanınmasına dair səsverməni dayandırıb. xəbər verir ki, bu haqda JNS öz mənbələrinə istinadən xəbər yayıb. Bildirilib ki, Nazirlər Kabineti bu təşəbbüs

Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. xəbər verir ki, görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub

Əhmədinejad MOSSAD rəhbəri ilə görüşüb, indi həbsdədir - KİV

İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. KONKRET.azapa-ya istinadla xəbər verir ki, bu barədə "Nyu York Tayms"da dərc olunan yazıd

Paşinyanın Konstitusiya planı: Azərbaycanın tələbi yerinə yetiriləcək?

Ermənistanda yeni Konstitusiyanın hazırlanması prosesi ilə bağlı müzakirələr davam edir. Baş nazir Nikol Paşinyan bildirib ki, ölkənin yeni Konstitusiya layihəsi bu ilin sonunadək ictimaiyyətə təqdim olunacaq. Paşinyan brifin

Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istədiyini bildirib.   xəbər verir ki, Ukrayna Prezidenti jurnalistlərlə onlayn formatda təmasında "Report"un Şərqi Avropa bürosunu

İlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və ölkədə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagir

Slovakiya prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb - FOTO

İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb. xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzaye


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən xəbərlər cebheden xeber valyuta məzənnələri valyuta mezennesi