"Səfirliyin əməkdaşı məni maşınla vurub kənara atdı, maraqlanmadı" - ŞİKAYƏT + AÇIQLAMA
"Düz 17 gündür İngiltərə səfirliyinin nümayəndəsi məni maşınla vurub ayağımı sındırıb. Mənə dedilər ki, əlaqə saxlayıb problemimlə maraqlanacaqlar. Amma o gündən onlardan xəbər yoxdur".
KONKRET.az xəbər verir ki,bu şikayətlə "Qafqazinfo"ya kuryer şirkətlərindən birinin əməkdaşı Elsevər Xanməmmədov müraciət edib. Vətəndaş bildirib ki, hadisə fevralın 11-i günorta saatlarında Səməd Vurğun və Lev Tolstoy küçəsinin kəsişməsində baş verib:
""Mitsubishi" markalı 005 D004 nömrəli avtomobil idi. Mən həmin vaxt motosikletlə idim. Özüm kuryer işləyirəm. Elə həmin vaxt da iş başında idim. Məni maşınla vurub xeyli kənara atdı. Maşını idarə edən qadın idi. Elə həmin vaxt maşından düşüb mənim yerdə olduğumu gördü. Daha sonra təcili tibbi yardım maşını gəldi və xəstəxanaya aparıldım. Hadisə yerində yoldan keçən bir xanımla həmin qadın söhbət edəndə gördüm ki, ingilis dilində danışırlar. Onda başa düşdüm ki, xarici vətəndaşdır. Sonra da İngiltərə səfirliyinin nümayəndəsi olduğu deyildi. Mənim əlaqə nömrəmi götürdülər ki, guya zəng edəcəklər".
Elsevər Xanməmmədovun sözlərinə görə, daha sonra özü həmin qadının tərcüməçisi ilə də əlaqə saxlayıb: "Mən ayın 16-sı zəng etdim Aysel xanıma. O da mənə dedi ki, "sabah sizə zəng edəcəyik". Amma səhəri gün gördüm ki, telefon nömrəmi bloka atıblar. Daha sonra səfirliyin özünə zəng etdim. Ordan da Rasim adlı şəxslə danışdım. Bildirdi ki, hələ istintaq gedir və nə qədər sürəcəyi məlum deyil.
Nəsimi Rayon Polis Şöbəsinə izahatımı yazıb vermişəm. Şikayətçi olduğumu da bildirmişəm. Polisdən də mənə deyirlər ki, hələ istintaq aparılır. Videogörüntüləri də ala bilmirəm. İşləyə bilmədiyimə görə pulum yoxdur. Gips də ayağıma düzgün qoyulmadığı üçün məni incidir. Ayağımın ağrısından gecəni yata bilmirəm. Xəstəxanalar pul istəyir, bunlar da yaxın gəlmir. Bir dəfə də olsa qapıya gəlməyiblər".
Məsələ ilə bağlı adıçəkilən Rasim Quliyevlə əlaqə saxladıq. O, "Qafqazinfo"ya bildirib ki, həmin sürücü xanımın nümayəndəsidir: "Xanım mənə onu dövlət qurumlarında və üçüncü şəxslərin qarşısında təmsil etmək hüququ ilə bağlı vəkalətnamə verib. Şəxsən mən özüm üç dəfə Elsevər bəylə telefonda danışmışam və vəziyyəti ona izah etmişəm. Hər şeyin öz qayda-qanunu var. İndi avtotexniki ekspertiza təyin olunmalıdır və günahın kimdə olub-olmadığı müəyyən edilməlidir. Hazırda tibbi ekspertiza təyin olunub və araşdırma aparılır. Hələ cinayət işi açılmayıb. Biz bu məsələyə heç bir müdaxilə edə bilmərik. İndi sizə niyə müraciət edib bilmirəm. Axı biz onunla danışmışıq".


Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar