Şəhər əhalisinin sağlamlığı üçün ağac və parklar lazımdır - Dünya Səhiyyə Təşkilatı

Şəhər əhalisinin sağlamlığı üçün ağac və parklar lazımdır - Dünya Səhiyyə TəşkilatıŞəhər əhalisinin sağlamlığına ətraf mühitin vurduğu zərər və bunun qarşısını almaq üçün nələr etmək lazımdır mövzusunda ən böyük beynəlxalq elmi layihə Barselona Universitetinin alimləri tərəfindən başa çatdırıldı. Ümumdünya Səhiyyə Təşkilatının da qoşulduğu bu tədqiqatın nətivələri Lancet dərgisində dərc olunub.
Milli.Az medicina.az-a istinadən bildirir ki, müəlliflər sistematik metanalizlər aparıb və yaşıllıqla şəhər əhalisinin sağlamlığı arasında əlaqənin olmasını öyrənən 9 uzunmüddətli araşdırmaların nəticələrini təhlil edib.
Bu elmi işlər ABŞ, İspaniya, İtaliya, Çin, İsveçrədə aparılıb.
Tədqiqatlar zamanı parklara və yaşıllıqlara yaxın ərazilərdə yaşayan insanlarla uzaqda yaşayan vətəndaşların xəstəlik tarixçələri tutuşdurulub.
Bütünlükdə 8 milyon insan hədəfə alınıb.
9 tədqiqatın nəticələri demək olar eyni olub: daha çox ağac, kol, yaşıllıq, otluq, park, meşəlik olan ərazilərə yaxın rayonlarda, binalarda yaşayan şəhər insanı daha sağlam və uzun ömür yaşayıb.
Əgər evdən 500 metr aralıya kimi məsafədə çox ağaclıq varsa, həmin binanın sakinlərinin ağciyər, ürək-damar xəstəlikləri və erkən ölüm riski 10% azalır.
Bu onunla izah olunur ki, yaşıl bitkilər şəhərin çirkli havasını təmizləyir, insanlar həmin parklarda gəzməkdən zövq alaraq həm stressini azaldır, həm ağciyərlərinə təmiz hava dolur. Həm də parklara yaxın yaşayanlar daha çox fiziki aktivlik göstərir. Onlar piylənmə və buna bağlı maddələr mübadiləsi pozulmaları, ürək-damar xəstəliklərindən az əziyyət çəkirlər. Parklara yaxın yerləşən binalarda uşaqların da sağlamlığı üstün olub.
Ona görə də alimlər şəhər rəhbərliyini və hökümətləri paytaxt və sənaye şəhərlərində yaşıllıq zolaqları, park və ağaclıqların, hətta ağac əkməyə imkan verilməyən yerlərdə otluq və kolluq əlməyə çağırıb. Dünya Səhiyyə Təşkilatı qeyd edir ki, yaşıllıq salmaq həmin şəhərlərdəki insanların sağıamlığına xərclənəcək vəsaitdən daha az xərc tələb edir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 26 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal bugun en yeni xeberler metbuat xeberleri valyuta