Səhər yeməyini mütləq yeyin - FAYDALARI
Mütəxəssislər səhər yeməyinin insan sağlamlığı üçün vacib olduğunu vurğulayırlar. Bəs səhər yeməyinin sağlamlığa faydaları hansılardır?
Milli.Az bildirir ki, səhər yeməyi gün ərzində insan orqanizminin enerji balansını qoruyur, əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur. Çünki insan ac qaldıqda qanda şəkərin səviyyəsi enir və bu da əsəbilik yaradır.
Səhər yeməyindən imtina artıq çəkinin yaranmasına kömək edir. Belə ki, insan yatanda maddələr mübadiləsi də yatır və səhər yeməyini yeməyənədək oyanmır. Bu səbəbdən də səhər yeməyindən imtina etdikdə orqanizm naharadək daha az kalori yandırır. Bundan başqa, aclıq zamanı orqanizmin müdafiə reaksiyası işə düşür və bədən ehtiyatda saxlamaq üçün daha çox kalori qəbul etməyə çalışır. Üstəlik, səhər yeməyi yeməyən şəxs nahar zamanı lazım olandan daha çox yeyəcək ki, bu da bədən çəkisinə mənfi təsir edəcək.
Mütəxəssislər hesab edir ki, yaxşı səhər yeməyi iş qabiliyyətini təxminən 30 faiz artırır, diqqəti və yaddaşı yaxşılaşdırır.
Araşdırmalar səhər yeməyinin infarkt və ürək xəstəlikləri riskini azaltdığını ortaya qoyub. Belə ki, səhər yeməyindən imtina qan təzyiqinin və qandakı şəkərin səviyyəsini pozur, bu isə infarkt riskini artırır. (publika.az)
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ