Şəhid anasına vəzifə verildi - FOTO
Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova Bakı şəhəri 226 nömrəli tam orta məktəbin direktoru təyin olunub.
azxeber.com oxu.az-a istinadla xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Arzu Məmmədova 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasını bitirib. İlk pedaqoji fəaliyyətinə Bakı şəhəri 220 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi kimi başlayıb.
2010-cu ildə tərbiyə işləri üzrə direktor müavini, 2019-cu ildən isə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
A.Məmmədova səmərəli pedaqoji fəaliyyətinə görə bir sıra təltiflərə layiq görülüb. Eyni zamanda inkişafetdirici təlimlərdə iştirak edərək sertifikatlarla təltif olunub.
Qeyd edək ki, şəhid Əlihüseyn Məmmədov 1998-ci ildə Bakı şəhərində anadan olub. Vətən müharibəsində Əlihüseyn Məmmədov Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub. Vətən müharibəsindəki şücaətinə görə o, "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.


Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı