"Şəhidlərimizin qanı yerdə qalmadı

Tarixi qələbələrlə, möhtəşəm uğurlarla yaddaşımızda qalan 2023-cü il başa çatdı. "Heydər Əliyev İli" olaraq möhtəşəm nailiyyətlərlə dövlətçilik tariximizə əbədi həkk olunan 2023-cü il ölkəmizin qarşısında yeni perspektivlərin açılması ilə əlamətdar oldu. Ötən il həm daxili arenada, həm də beynəlxalq müstəvidə görülən işlər - siyasi, iqtisadi, diplomatik nailiyyətlər əsas hədəfə - qalib Azərbaycanın milli gücünün və nüfuzunun artmasına, tarixi Zəfərin möhkəmləndirilməsinə - daimi prosesə çevrilməsinə xidmət etməklə real nəticələr verdi.
Prezident cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza müraciətində mühüm məqamlara toxundu, zəruri mesajlar verdi. Azərbaycan Prezidentinin bayram müraciəti, eyni zamanda, milli maraqların təmin olunması baxımdan həm də mühüm əhəmiyyət  daşıyır. Dövlət başçımız da qeyd etdi ki, "2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir".
Bəli, son illər xalqımız üçün bir-birindən dəyərli, yaddaqalan hadisələrlə yaddaşlara həkk olunub. Ancaq bunların sırasında ən yaddaqalanı dövlət suverenliyimizin bərpası oldu. 2023-cü il sentyabrın 19-20-də keçirilən antirerror tədbirləri zamanı Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Xalqımız bu tarixi hadisəni heç vaxt unutmayacaq. Həmin gün yaddaşımızda əbədi qalacaq. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqına təbriklərini çatdıran dövlətimizin başçısı qeyd edib ki, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Dövlətimizin başçısının müraciətində də bildirdiyi kimi, dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq edilməsinə baxmayaraq, separatçı qüvvələr təxribatlardan əl çəkmirdilər. Nəhayət, Azərbaycanda separatizmin kökü kəsildi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror tədbiri Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərərək Birinci və İkinci Qarabağ müharibəsi, həm də antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisasını döyüş meydanında aldı. Xüsusilə vurğulamaq istəyirəm ki, heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi. Bu gün də Qərbdə ikili standartlar hökm sürməsinə baxmayaraq, ölkəmiz bütün təzyiqlərə, hədə-qorxulara, əsassız ittihamlara əhəmiyyət vermir.
Yerigəlmişkən qeyd etmək lazımndır ki, Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin milli maraqlara əsaslanan praqmatik strateji kursu sayəsində Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmləndi. Həm regionda, həm də dünya miqyasında ikitərəfli və çoxşaxəli münasibətlərin dərinləşdirilməsi Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verdi, ölkəmizə yönəlik neqativ geosiyasi həmlələr məharətlə neytrallaşdırıldı. Eyni zamanda, respublikamızın iqtisadi gücünün, siyasi təsir imkanlarının artırılması tarixi Zəfərin möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyətə malik oldu. Xüsusilə də, yeni reallıqların dünyada qəbul etdirilməsi Azərbaycanın geostrateji iradəsinin və milli gücünün nəticəsi kimi həm xüsusi nailiyyət, həm də böyük üstünlükdür.
Bir sözlə, hərb meydanında qalib gələn Azərbaycanın diplomatik müstəvidə strateji gedişləri bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırır. Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturası dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin və narahatlığın hökm sürdüyü regionda əməkdaşlıq, inteqrasiya üçün yeni imkanlar, çağırışlar meydana çıxır. Bu, bölgədə bütün dövlətlər üçün faydalı və perspektivlidir.
Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, yeni şəhərlər və kəndlər inşa edilir. Ermənistan üzərində qazanılan tarixi qələbədən, müvəffəqiyyətlə həyata keçirilən antiterror tədbirlərindən sonra bu proses yeni vüsət alıb. Keçmiş məcburi köçkünlər "Böyük Qayıdış" Proqramı çərçivəsində mərhələlərlə öz dədə-baba yurdlarına qayıdırlar. Xankəndi sakinlərinin da bu il öz doğma evlərinə qayıdışı və daimi məskunlaşmaları nəzərdə tutulmuşdur.
Bu gün azad ərazilərdə görülən möhtəşəm işlər, xüsusən də müasir yolların çəkilməsi, körpülərin salınması, tunellərin qazılması, beynəlxalq hava limanlrının istifadəyə verilməsi, elektrik stansiyalarının quraşdırılması, yeni yaşayış, məktəb, səhiyyə binalarının tikilməsi, uşaq bağçalarının, mədəni-məişət obyektlərinin istifadəyə verilməsi, əhalinin Laçına, Füzuliyə, Zəngilana köçürülməsi, yeni ağıllı kənd və şəhər layihələrinin reallaşdırılması da qeyd edilənlərin təsdiqidir. Təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın təmin edilməsi əsas məqsədlərdəndir. Bütün görülən işlər Qarabağın və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın çiçəklənən diyarına çevriləcəyindən xəbər verir.
Yaşasın Azərbaycan!
Aslan Mehdiyev,
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri / azxeber.com

Sosial       Tarix: 05 yanvar 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


yeni xeberler son xeberler azerbaycan xeberleri oxu.az xeberler maliyye xeberler bugun son xəbərlər bugün 2026 dunyada son xeberler