Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi
Özbaşına antibiotik istifadəsi xəstəliyi ağırlaşdıra bilər.
KONKRET.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev deyib.
O deyib ki, həkim məsləhəti olmadan dərman qəbul edilməsi yolverilməzdir:
"Dərmanlara çox meyilli olmaq lazım deyil. Heç bir dərman "məsum" deyil. Antibiotiklərin bəziləri acqarına, bəziləri yeməkdən sonra qəbul edilir. Antibiotiklər hər gün eyni saatda qəbul edilməlidir. Eyni zamanda da antibiotiklərin neçə gün qəbul edilməsi həkim göstərişi ilə olmalıdır", – deyə o əlavə edib.
Ağrıkəsicilərin qəbulu barədə danışan həkim bildirib ki, mədə qanaması, böyrək və qaraciyər çatışmazlığında nəzarətsiz qəbul edilən ağrıkəsicilərin rolu var:
"Bəzi hallarda ağrıkəsici qəbul etmək olar, lakin bunun davamlı olması yolverilməzdir".
Bitki mənşəli qida əlavələrinin orqanizmə mənfi təsirləri barədə danışan həkim deyib ki, bu gün bir çox məqalələrdə bitki mənşəli qida əlavələrinin istifadəsinə bağlı qaraciyər çatışmazlığının müşahidə edilməsinə dair məlumatlar yer alır:
"Yəni qida əlavələri də tamamilə zərərsiz deyil. Onların hansı şəraitdə, necə istehsal olunduğuna, lisenziyasının olub-olmamasına baxmaq lazımdır. Onlardan istifadə edəcəyiksə, mütləq həkim tövsiyəsi olmalıdır".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var