Səhiyyə Nazirliyi sürücülərə müraciət etdi

Səhiyyə Nazirliyi sürücülərə müraciət etdiSəhiyyə Nazirliyinin həkimi, ekspert Zakir Quliyev yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) AZXEEBER.COM-a daxil olan müraciətdə deyilir:
"Avtonəqliyyat vasitələri ilə səfərlərin təhlükəsiz başa çatması sürücülərin keyfiyyətli yuxu alması, doğru qidalanması və təbii ki alkoqollu içkilərdən imtina etməsi ilə birbaşa bağlıdır. DİN-in Baş DYP İdarəsinin bu sahədə apardığı maarifləndirmə işinə töhfə verəcəyinə, eləcə də qeyd olunan amillərin daha ətraflı öyrənilməsinin və vacib məqamların yadda saxlanılaraq təcrübədə tətbiq edilməsinin yol hərəkəti təhlükəsizliyi üçün əhəmiyyətli olacağına inanaraq bəzi tövsiyələri sürücülərin diqqətinə çatdırırıq.
1. Keyfiyətli yuxu.
Hər bir insanın yuxu ehtiyacları və rejimləri fərqli olsa da, əksər böyüklər üçün orta yuxu müddəti 8 saatdır. Keyfiyyətsiz yuxu və ya kifayət qədər yuxu almamaq sonradan həddindən artıq yuxuya səbəb ola bilər ki, bu da diqqətinizin və performansınızın azalmasına bilavasitə təsir göstərən amildir. Nəqliyyat vasitələrinin yuxulu halda idarə olunması isə təbii ki potensial təhlükə mənbəyi olub yol qəzalarının baş verməsini qaçılmaz edir.
2.Sürücülərin qidalanma tərzi.
Gün ərzində istehlak etdiyimiz qidalar və ümumi qidalanma tərzimiz konsentrasiyaya və diqqətə düşündüyümüzdən daha ciddi təsir göstərir. Doğru qidalanmaqla yolları təhlükəsiz qət etmək isə sürücülərin öz əlindədir.
Elmi araşdırmalar göstərir ki, səhər yeməyi konsentrasiyaya və diqqətə əhəmiyyətli dərəcədə təsir göstərən amildir. Səhər yola düşəcək sürücülərin səyahət başlamazdan əvvəl səhər yeməyi yeməsi planlaşdırılan səfərin təhlükəsiz başa çatmasını şərtləndirir. Zülallarla zəngin səhər yeməyi sürücüləri uzun müddət tox saxlayır. Sürücülərin səhər yeməyində pendir, yumurta, çovdar çörəyi, çiy tərəvəz məhsullarının olması tövsiyə edilir. Təzə sıxılmış meyvə şirəsi səhər yeməyi üçün ən uyğun seçim olsa da, sürücü çaydan imtina edə bilmirsə, açıq olması şərti ilə çay da içə bilər.
Sürücünün qidalanmasında ikinci vacib məsələ yeməklər arasındakı vaxt intervalları və yeməklərin sayıdır. Çünki, insan uzun müddət ac qaldıqda qan şəkəri aşağı düşür ki, bu da yorğunluğa, zəifliyə və diqqətin yayınmasına səbəb olur. Yeməklər arasında ideal vaxt intervalı 3 saatdır. Qan şəkərinin balanslaşdırılması üçün sürücülərin əsas yeməkdən əlavə gündə ən azı bir dəfə qəlyanaltı qəbul etməsi də tövsiyə olunur. Qəlyanaltıda meyvələrə, süd məhsullarına, quru çərəzlərə üstünlük verilməlidir. Qidalanma zamanı karbohidratlarla zəngin şirniyyatlardan, yağlı yeməklərdən isə birmənalı imtina edilməlidir. Çünki bu cür qidalar qan şəkərinin sürətlə artıb-azlmasına səbəb olur ki, bu da son nəticədə diqqətin azalmasına, konsentrasiyanın çətinləşməsinə gətirib çıxarır.
3.Spritli içkilər
Spritli içki qəbul edib sükan arxasına keçmənin nə qədər təhlükəli olduğu hamımıza məlumdur. Ancaq təəssüf ki, spirtli içkinin insan orqanizmini uzun müddət tərk etməməsi haqda əksər sürücülərimiz məlumatsızdır. Unutmamalıyıq ki, alkoqollu içkilərin təsiri uzun müddət bədəndə qaldığı üçün bu amil diqqətimizi və iş qabiliyyətimizi əhəmiyyətli dərəcədə azalda bilər. Yol hərəkəti zamanı arzuolunmaz və bədbəxt hadisələrin baş verməməsi üçün sürücülərin səfərə çıxmazdan 24 saat əvvəl spirtli içki qəbul etməsi qəti şəkildə tövsiyə olunmur.
Unutmayın, tələb olunan hər bir qayda bizi həyata bağlayır!"

Sosial       Tarix: 22 iyun 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün enson xeberler son xəbər azerbaycan son xeber bugun