Səhiyyə Nazirliyi: "Yayılan virusun əlamətləri koronavirusun klinik çalarları ilə eynidir"

Səhiyyə Nazirliyi: "Payız və qış aylarında havaların soyuması baş verən zaman kəskin respirator virus infeksiyaları daha çox yayılır. İstər böyüklər, istərsə də uşaqlar arasında çoxsaylı xəstələnmə halları törədir. Bu viruslar müxtəlifdir, hər mövsümdə bəziləri yenilənir".
KONKRET.az xəbər verir ki, bu fikirləri "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, virusların törətdikləri xəstəliklərin əlamətləri oxşardır: "Bu, koronavirusun klinik çalarları ilə eynidir. Ona görə hər bir şəxs özündə bu cür əlamətlər olduqda müraciət edərək özündə məhz koronavirus infeksiyasının olub-olmamasıını müəyyən edə bilər, yəni laborator üsullarla yalnız bu suala cavab verilə bilər. Onu da qeyd edək ki, qrip və koronavirusdan savayı adı çəkilən respirator viruslar yüngül keçir, çox az hallarda, əsasən risk qruplarına daxil olan insanlarda müəyyən fəsadlar verə bilir. Ona görə də bu cür mövsümi virus infeksiyaları xüsusi hallar olmadıqda heç bir ölkədə rutin identifikasiya olunmur".
"Ümumilikdə isə epidemioloji durum stabil olaraq qalır, hər ildə olduğu kimi fon səviyyəni aşmır. O cümlədən statistik göstəricilər bizə deməyə əsas verir ki, ölkədə koronavirusun yayılması kiçik həddədir, son vaxtlar yoluxma sayında artımlar olsa da bu hallar kütləvi deyil. İstər koronavirus, istərsə də bütün respirator viruslardan qorunma yolları eynidir.Yəni pandemiya dövründə öyrəndiyimiz qızıl qaydalar bizləri qoruya bilər. Risk qruplarına daxil olan insanların isə bundan əlavə qrip və koronavirusdan peyvənd vasitəsi ilə də qorunmaları tövsiyə olunur", – T.Eyvazov bildirib.

Sağlamlıq       Tarix: 09 oktyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən yeni xəbərlər valyuta mezenesi sosial yardim cəbhədən şad xəbər