Səhnədən həbsxanaya: Azərbaycanda zindan həyatı yaşayan qadın müğənnilər - SİYAHI

Səhnədən həbsxanaya: Azərbaycanda zindan həyatı yaşayan qadın müğənnilər - SİYAHIAzərbaycanda bir sıra qadın məşhurlar müxtəlif illərdə həbsxana həyatı yaşayıb. Onların məhkəmə prosesləri, həbsxanadakı şəraiti və şəxsi taleləri hər zaman cəmiyyətin və sosial medianın diqqət mərkəzində olub. Bu şəxslərin hekayələri ictimai müzakirələrə səbəb olmaqla yanaşı, onların hansı səbəblərlə bu vəziyyətə düşdüyü sualını da gündəmə gətirib.
azxeber.com adı cinayət əməllərində hallanan Azərbaycan şou-biznesinin xanım nümayəndələrinin siyahısını təqdim edir.
Maral Tahirqızı
2015-ci ildə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Maral Tahirqızı barəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilən müğənni 2017-ci ilin oktyabrında azadlığa buraxılıb.
Səhnədən həbsxanaya: Azərbaycanda zindan həyatı yaşayan qadın müğənnilər - SİYAHITəranə Muradova
2018-ci il fevralın 26-da Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 1981-ci il təvəllüdlü, Bakı şəhər sakini Təranə Muradova Əli qızının qadınları Türkiyəyə apararaq insan alverinə məruz qoyduğu müəyyən edilib. Müğənnilik fəaliyyəti ilə məşğul olan Təranə Muradova "Azəristar" mahnı müsabiqəsinin iştirakçısı olub.
Səhnədən həbsxanaya: Azərbaycanda zindan həyatı yaşayan qadın müğənnilər - SİYAHIFədayə Laçın
2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə müğənni Fədayə Laçın həbs olunub. O, qaçan məhbuslardan "Qoca" ləqəbli Etibar Məmmədovun yanında olub. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi çərçivəsində F.Məmmədova Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilib. Məhkəmənin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilən müğənni 2019-cu il oktyabrın 29-da azadlığa çıxıb.
Səhnədən həbsxanaya: Azərbaycanda zindan həyatı yaşayan qadın müğənnilər - SİYAHITəranə Səmədova
Məşhur prodüser Təranə Səmədova 2017-ci ildə qadın alverində ittiham edilərək 2 il müddətinə azadlıqdan məhrum olunub. 2019-cu ildə azadlığa buraxılan prodüser 2022-ci ildə qanunsuz olaraq narkotik maddə daşımaqda ittiham edilərək saxlanılıb. Hamilə olduğu nəzərə alınaraq, məhkəmə ona həbs cəzası verməyib və 400 manat cərimə təyin edib.
Həmin ilin sonlarında Təranə Səmədova yenidən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilən prodüserin cəzası Ali Məhkəmənin qərarı ilə 5 ilə endirilib.
Səhnədən həbsxanaya: Azərbaycanda zindan həyatı yaşayan qadın müğənnilər - SİYAHIDəniz Əsədova
Dörd nəfəri təhqir etməkdə, böhtan atmaqda və saxta sənəd düzəltməkdə ittiham edilən müğənni Dəniz Əsədova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə məhkum edilib. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə həbs olunan müğənni 22 gün həbsdə qaldıqdan sonra cəza çəkdiyi 4 saylı müəssisədən azadlığa buraxılıb.
Səhnədən həbsxanaya: Azərbaycanda zindan həyatı yaşayan qadın müğənnilər - SİYAHIRəqsanə İsmayılova
2025-ci ilin ən qalmaqallı hadisələrindən biri müğənni Rəqsanə İsmayılovanın həbsi olub. Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşların şikayətləri əsasında keçirdiyi tədbirlər nəticəsində dələduzluqda təqsirli bilinən 1979-cu il təvəllüdlü Rəqsanə İsmayıl qızı İsmayılova saxlanılıb və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İki zərərçəkmiş şəxsdən ümumilikdə 35 min manatlıq qızıl-zinət əşyaları və 520 min ABŞ dolları məbləğində pul ələ keçirməkdə ittiham olunan müğənninin həbsi sonradan ev dustaqlığı ilə əvəz edilib. Cinayət işi üzrə istintaq tədbirləri hazırda davam etdirilir.
Səhnədən həbsxanaya: Azərbaycanda zindan həyatı yaşayan qadın müğənnilər - SİYAHIAysel Hacızadə

Şou Biznes       Tarix: 23 dekabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Məşhurlar artıq yalnız kino, musiqi və ya televiziya layihələrindən qazanc əldə etmirlər. Onların bir çoxu öz adını ayrıca brendə çevirərək kosmetika, geyim, içki, enerji içkiləri və hətta rəqəmsal aktivlərdən milyonlarl

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind


azerbaycan xeberleri yeni xeberler son xeberler xabar az cəbhədən son xeber valyuta mezennesi 2026 en sonxeber