"Səhv məlumata görə iki nəfəri öldürdüm" 

Ötən ilin yayında Şabranda evə basqın edən şəxslərin ər-arvad Arif Hüseynov və Gülnarə Hüseynovanı qətlə yetirməsi gündəm olmuşdu. Hadisəyə görə şübhəli şəxs kimi 1978-ci il təvəllüdlü Murad Məmmədov və 42 yaşlı Fərzəliyev Elçin saxlanılmışdı.
KONKRET.azxəbər verir ki, Teleqraf sözügedən hadisənin bir sıra maraqlı təfərrüatlarını əldə edib.
Məlum olub ki, cinayəti törətməkdə şübhəli bilinən şəxslər evə 300 min manat məbləğində külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə basqın ediblər.
Lakin Şabranda məişət əşyalarının alqı-satqısı və təmiri işləri ilə məşğul olan Arif Hüseynovun evinə basqın edənlərin cinayət yolu əldə etdikləri 7119 manatlıq qızıl olub.
Bu isə Elçinin qəzəbinə səbəb olub. Hadisədən sonra cinayəti törədən şəxslər Şabranda "Taxtalı" adlanan kafeyə yollanıblar.
Özündən çıxan Elvin Muraddan "nakolka"nı kimin verdiyini soruşub. Murad ona cavab olaraq Təbriz adını deyib. Elçin Fərzəliyev ehtimal olunan məbləğdə oğurluq edə bilmədiklərinə görə Murada ya onun, ya da Təbrizin başını kəsəcəyini deyib.
Təbrizi görüş yerinə çağırmağa müvəffəq olmayan Elçin Muradı kafenin çölünə çağırıb və sol tərəfdə fəaliyyət göstərməyən avtoyumanın yanına aparıb. Bu zaman o, Muraddan diz çökməsini tələb edib. Murad da Elçinin içkili olduğunu görərək onun tələbi ilə razılaşıb.
Elçin ona və Təbrizə görə hadisə törətdiyini deyərək bıçağı Muradın boğazına dirəyib:
"Səhv məlumata görə iki nəfəri öldürdüm. Buna görə ömürlük azadlıqdan məhrum olacam".
Murad isə hadisəni öz boynuna götürəcəyini bildirib. Bu zaman Elçin bıçağın arxası hissəsi ilə Muradın başına zərbələr endirərək onun sağlamlığına zərər vurub.
Daha sonra yaxınlıqda olan şəxslərin iştirakı ilə tərəflər aralaşdırılıb.
Arif Hüseynov və Gülnarə Hüseynovanın qətlinə görə ittiham olunan şəxslərin hadisədən dərhal sonrakı davasına görə onlardan biri təqsirləndirilən, digəri isə zərərçəkən şəxs olub.
Şabran Rayon Məhkəməsi Elçin Fərzəliyevi Murada qarşı törətdiyi cinayət əməlinə görə əlavə 4 il azadlıqdan məhrum edilib. Onlar Hüseynovlar ailəsinin iki üzvünün qətlinə görə hüquq qarşısında ayrıca cavab verməli olacaqlar.
Qeyd edək ki, Elçin Fərzəliyev həbsdən elə 14 il sonra 2024-cü ildə çıxıb. O, 2010-cu ildə ağır cinayət törətdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Onu da əlavə edək ki, əri ilə birlikdə qətlə yetirilən Gülnarə Hüseynova Şabran şəhər S.Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi olub.

Hadisə       Tarix: 20 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-c

Hərəkətdə olan sərnişin avtobusu anidən alışıb yandı

Ucarda sərnişin avtobusu yanıb. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olar "İkarus" markalı sərnişi

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər az apa.az xeberler metbuat axsam.az xeberler